"De Byazi öz uğursuzluğunu futbolçuların üzərinə yıxır" – Futbol veteranından SƏRT REAKSİYA

" class="imgbcode" />Bir futbol mövsümünü də arxada qoyduq. Elə bir mövsüm ki, əvvəlkilərdən heç nəylə yadda qalmadı, əksinə, acınacaqlı nəticələrlə azarkeşləri məyus etdi.
Açığı, futbol üzrə Azərbaycanın milli komandası Avropa çempionatının seçmə mərhələsinə başlayanda bundan artığına gücünün çatmayacağı bəlli idi. Qrupda yalnız Estoniyadan bir qədər fərqlənən millimizin sürpriz edəcəyi də heç kəsin ağlından keçmirdi. Hələ 29 il əvvəl beynəlxalq yarışlara başlayanda Azərbaycan millisindən uğurlu nəticələr gözləməyin yersiz olduğunu deyirdilər.
Mütəxəssislər bildirirdilər ki, bu, futbolçularımızın ilk sınağıdır və təcrübə baxımından Avropa yığmalarından geri qalırlar. Üstəlik, həmin vaxt UEFA ev oyunlarını Azərbaycanda keçirməyi qadağan etdiyindən komandamız rəqiblərini Trabzonda qəbul edirdi. O vaxtdan 30 ilə yaxın vaxt ötür və millimiz hələ də beynəlxalq oyun təcrübəsi toplaya bilməyib. Geridə qalan 29 ildə 4-5 nəsil dəyişsə də, futbolumuzda keyfiyyət dəyişməz qalıb və futbolçularımız meydanda rəqiblərindən açıq-aşkar çəkinirlər.
1995-ci ilin sentyabrında Azərbaycan milli komandası Oserdə Fransa futbolçularına 0-10 hesabıyla uduzanda yenə təcrübəsizik deyib özümüzə təsəlli verdik. Həmin oyunda meydanda olan futbolçular isə bir neçə gündən sonra heç nə olmamış kimi yenə öz amplualarında idi. Hətta müdafiəçilərdən biri müsahibəsində "Mən Erik Kontanaya qarşı oynayan adamam" deməklə az qala xüsusi statusa sahib olduğunu gözə soxurdu. Amma heç kəs ona demədi ki, Erik Kontananın çıxış etdiyi  Fransa yığması sizin qapıya 10 cavabsız top vurub.
Beləliklə, Azərbaycan futbolu 29 il əvvəl olduğu kimi, yenə də təcrübə axtarır. Bu gün Belçikaya 0-5 hesabıyla uduzan millinin müdafiəçisi beş ildən sonra  "Mən Roman Lukakuya qarşı oynamışam" deyə öyünəndə biabırçı hesabı dərhal onun yadına salmaq lazımdır.
Dünən Azərbaycan futbol tarixində ən biabırçı günlərdən biri idi. Avropa çempionatının seçmə mərhələsini rüsvayçılıqla başa vuran millimiz cəmi 7 xal topladı və axırdan ikinci sıranı tutdu.
Beləliklə, Azərbaycan millisi bu dəfə də azarkeşləri məyus etdi. Millinin biabırçı çıxışını KONKRET.az-a şərh edən futbol veteranı Orucəli Durmuşov bildirdi ki, bu  məşqçi ilə yolları dərhal ayırmaq lazımdır: "Fikir verin, komandanın heyətində nə qədər əcnəbi futbolçu var. Azərbaycanda az qala uşaq futbolunu ləğv ediblər. Bunlar gedib legionerləri gətirirlər. Klubların heyətinin yarısından çoxu legionerdi. Bu da millinin çıxışına təsir edir. Azərbaycanda uşaqlar yeniyetmə vaxtında futbolu tullayır və başqa işlərlə məşğul olmağa başlayırlar. Bu gün Azərbaycan futbolu sözün əsl mənasında batır. Azərbaycan futbolunun beşiyi sayılan Gəncədə 5-6 legioner oynadırlar. Bəs oradakı uşaqlar harada çıxış edəcəklər? Gəncə futbolun məskənidir. Gəncə futbol məktəbi Azərbaycan futbolunun aparıcı qolu olub. İndi oranı nə günə salıblar?!
Azərbaycanın bu seçmə mərhələni 7 xalla başa vurması təsadüfi hadisədir.  Görün, bu baş məşqçi nə deyir?! Deyir ki, Azərbaycanda heç vaxt futbol olmayıb. Azərbaycanın sovet dövründə güclü futbolçuları olub. SSRİ-nin yığma komandalarında oynayıblar. O cür futbolçularımız ola-ola De Byazi deyir ki, Azərbaycanda futbol yoxdur. Belə baş məşqçi olar? Öz uğursuzluğunu Azərbaycan futbolçularının üzərinə yıxır. Havayı pul alır və bizə də yuxarıdan-aşağı baxır".
Belçikayla oyun da böyük bir biabırçılıq idi. Milli komanda 90 dəqiqə ərzində bir dəfə də künc zərbəsi qazanmadı. Futbol tarixində görünməmiş hadisə idi ki, 0-5 hesabıyla uduzan komandanın qapıçısı vaxt uzatdığına görə sarı vərəqəylə cəzalanır", – deyən veteran əlavə edib ki, milliyə yerli məşqçi gətirmək lazımdır.

" class="imgbcode" />"Öz məşqçilərimiz uşaqların xarakterini yaxşı bilirlər. Ona görə də xaricdən Azərbaycana gətirilən məşqçi heç vaxt uğurlu olmayıb. Heç gəlmə oyunçulara da ehtiyac yoxdur. Dadaşovdur, İsrafilovdur, nə bilim, kimdir,  bunlar milli üçün oynamırlar. Bunların, ümumiyyətlə, futboldan anlayışı yoxdur. Gördünüz də Belçikayla oyunda İsrafilovun hərəkətlərini. Adam az qala hakimə yalvarırdı ki, məni meydandan qov. İşə peşəkar yanaşılmasa, gələcək nəticələr bundan da pis olacaq".
Xatırladaq ki, Azərbaycan milli komandası "F" qrupunda Belçika, Avstriya, İsveç və Estoniya yığmaları ilə mübarizə aparıb. Komandamız keçirdiyi 8 oyundan beşində məğlub olub, bir oyunu heç-heçə başa vurub, iki görüşdə isə qələbə qazanıb.
Vəli Həsənov,
KONKRET.az

İdman       Tarix: 20 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

"Gəncə" Türkiyə təmsilçisinə məğlub oldu

"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib. xəbər verir ki, C qrupunda VI turda Türkiyənin "Esenler Erokspor" klubunu qəbul edən Azərbaycan təmsilçis

Timoteuş Puxaç "Sabah"dan gedir?

"Sabah"ın futbolçusu Timoteuş Puxaç gələcəkdə Polşanın "Lex" klubuna qayıtmaq istədiyini açıqlayıb. -a istinadla xəbər verir ki, 27 yaşlı müdafiəçi bu barədə "Meczyki" nəşrinə müsahibəsində danışıb

İllik 26 milyon avro maaşdan imtina edir

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun baş məşqçisi Simone İnzaqi komandadan ayrılmaq qərarına gəlib. KONKRET.azxəbər verir ki, bu barəd insayder Nikolo Skira məlumat yayıb. O bildirib ki, italiyalı mütəxəssi

"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı 

Misli Premyer Liqasında XI tura və I dövrəyə bu gün yekun vurulacaq. xəbər verir ki, sonuncu oyun günündə daha iki matç keçiriləcək. İlk olaraq "Sumqayıt" "İmişli"nin qonağı olacaq. Yevlax şəhər stadionundak

SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR

Bilindiyi kimi, Misli Premyer Liqasının 10-cu turunda keçirilən "Qəbələ" – "Qarabağ" qarşılaşmasının (0:0) gedişində qonaqların iki futbolçusu arasında mübahisə yaşanıb. Mateus Silva və Marko Yankovi

"Sabah" mövsümdə ilk dəfə uduzdu

"Sabah" Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk dəfə məğlub olub. KONKRET.azxəbər verir ki, Valdas Dambrauskasın komandası səfərdə "Turan Tovuz"a 2:3 hesabı ilə uduzub. "Turan Tovuz"

Ronaldo millidəki karyerasını başa vurdu

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kristiano Ronaldo Portuqaliya millisindəki karyerasını başa vurub. KONKRET.azxəbər verir ki, 41 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib

"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək

"Qarabağ" Misli Premyer Liqasının ev oyunlarını "Azersun Arena"da keçirəcək. KONKRET.azxəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bildirilib ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adın

"Qalatasaray" "Ştutqart"a qarşı - Start heyətlər

Bu gün UEFA Çempionlar Liqasında IV tura start verilir. KONKRET.azxəbər verir ki, Türkiyənin "Qalatasaray" klubu evdə "Ştutqart"la üz-üzə gələcək. UEFA Çempionlar Liqası. Liqa mərhələsi, IV tur 3 noyabr


son xeberler azerbaycan xeberleri yeni xeberler siyaseti xeberler bugun axsam az xeberler cəbhədən son xəbərlər 2026 qurban bayrami 2026