Dəbdəbəli həyat, malikanələr və həbsxana - Mayk Tayson bütün pullarını necə xərclədi?

58 yaşlı əfsanəvi boksçu Mayk Tayson ötən ilin noyabrında Ceyk Polla rinqə çıxıb. Bu döyüş ona külli miqdarda pul qazandırsa da, milyonlarla dollar Taysonun bank hesabında uzun müddət qalmadı. İddialara görə, o, qazandığı pulu yeni evə xərcləyib.
KONKRET.az xəbər verir ki, əfsanəvi boksçunun bu oyundan 20 milyon dollar qazanıb. Bununla belə, onun qazandığı böyük məbləğin böyük hissəsini bir neçə ay ərzində xərcləyib.
Belə ki, Mayk Tayson Florida ştatının "Delray Beach"də lüks villa alıb. Sahəsi 1140 kvadratmetr olan bu evdə altı yataq otağı və doqquz vanna otağı var. Bundan əlavə,  malikanədə üzgüçülük hovuzu, qapalı terras, şəlalə kimi şəraitdə var. Evin digər diqqətəlayiq xüsusiyyətlərinə idman zalı və dörd maşınlıq qaraj daxildir.
Mülkiyyətin 13 milyon dollara başa gəldiyi iddia edilir.
Dəbdəbəli həyat, malikanələr və həbsxana - Mayk Tayson bütün pullarını necə xərclədi?Mayk Tayson boks dünyasında "Dəmir Mayk" kimi tanınan əfsanəvi addır. Sürətli nokautları ilə tanınan Tayson, karyerasında 400 milyon dollar qazandığı bildirilsə də, bütün var-dövlətini itirmiş bir fiqurdur. Bir vaxtlar bankda 300 milyon dolları olan Taysonun dəbdəbəli avtomobilləri, geniş dost çevrəsi, bağçasında gəzən Sibir pələngləri və 21 otaqlı nəhəng malikanəsi var idi. Lakin bu sərvət Taysonun həyatında qısa ömür sürüb.
Tayson Nyu-Yorkun Brownsville şəhərində kasıb ailədə dünyaya göz açıb. 22 yaşı tamam olmamış Mayk dünyanın ən qorxulu boksçusu kimi tanınırdı. Bununla belə, onun şöhrət və var-dövlətlə gələn vəzifələrin öhdəsindən gəlmək təcrübəsi yox idi. Tayson sərvətini idarə etməkdə çətinlik çəkirdi və onun xərcləri onu tez bir zamanda iflasa apardı.

1990-cı ildə Baster Duqlasa çempionluğunu itirən Taysonun həyatı dəyişib. Tezliklə o, ABŞ Gözəllik Kraliçası Dezir Vaşinqtonu zorlamaqda günahlandırılıb və 6 il həbs cəzasına məhkum edilib. 1995-ci ildə azadlığa çıxan Taysonun bankda hələ də 300 milyon dolları var idi. Lakin onun azadlığa çıxdıqdan sonra ilk 33 aydakı xərcləri heyrətləndirici idi:
– 4,5 milyon dollar avtomobil və motosiklet (onlardan 19-u dostlara hədiyyə edilib)
– Ayda 100.000 dollar zinət əşyaları və geyimlər
– Sibir pələngləri və göyərçinləri üçün 400.000 dollar
– Zoopark işçisi üçün ildə 125.000 dollar
– Gündəlik xərclər üçün ayda 240.000 dollar,
– telefonlar 200 min dollar.

"Tayson tez-tez maşınlarını dostlarına borc verirdi və onların harada olduğunu unudurdu. Onun əməkdaşları daim itirilmiş avtomobilləri tapmağa çalışırdılar. Bütün bu xərclər təkcə Taysonun çılğın həyat tərzini deyil, həm də ətrafındakıların ondan qazanc əldə etməyə çalışdıqlarını göstərir.   2007-ci ildə iflasa uğrayan Tayson son matçı ilə yenidən milyonların sahibi olub.  Amma yenə o bütün pulunu xərcləyib", – KİV yazıb.

İdman       Tarix: 01 fevral 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında 11-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. "Şəfa" "Araz-Naxçıvan"la, "Zirə" isə "Qəbələ" ilə üz-üzə gələcək. Qey

Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu

Türkiyə millisi UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda Belçikaya 1:2 hesabı ilə məğlub olub. KONKRET.azxəbər verir ki, qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilən qarşılaşma İzmirdə baş tutub. Türkiyə millis

Batrakovun transfer qiyməti açıqlandı

"Qalatasaray"ın heyətinə qatdığı rusiyalı futbolçu Aleksey Batrakovun mümkün transferi ilə bağlı diqqətçəkən məqam ortaya çıxıb. -a istinadla xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin meneceri Vladimir Kuzmiçe

"Fənərbağça"nın yeni baş məşqçisi bilindi – FOTO

"Fənərbağça"da baş məşqçi postu ilə bağlı Serxio Konseysaonun namizədliyi üzərində tam razılıq əldə olunub. xəbər verir ki, bu barədə "HT Spor" məlumat yayıb. Artıq portuqaliyalı mütəxəssis İstanbula dəvə

Futbolçunu ölümü: bu oyunlar təxirə salındı

İspaniya Kral Futbol Federasiyası (RFEF) "Tenerife"nin futbolçusu Xesus de Migelin vəfatı ilə əlaqədar noyabrın bu günə planlaşdırılan ölkə kubokunun oyunlarını təxirə salıb. xəbər verir ki, bu barədə qurumun mətbua

Emin Mahmudov millidə karyerasını başa vurur

Azərbaycan yığma komandasının yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov millidə karyerasını başa vurmaq qərarına gəlib. -a istinadla xəbər verir ki, təcrübəli futbolçunun federasiya rəhbərliyi ilə apardığı məsləhətləşmələrdə

Konfrans Liqası: III turunun oyunları keçiriləcək

Bu gün UEFA Konfrans Liqasının Liqa mərhələsinin II turunun oyunları keçiriləcək. KONKRET.azxəbər verir ki, turun diqqətçəkən qarşılaşmalarından birində İtaliyanın "Atalanta" klubu Qazaxıstanın "Kayrat"

Ronaldo millidəki karyerasını başa vurdu

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kristiano Ronaldo Portuqaliya millisindəki karyerasını başa vurub. KONKRET.azxəbər verir ki, 41 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib

Azərbaycan Kuboku: "Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunlarının vaxtı dəqiqləşib. Bu barədə -a Peşəkar Futbol Liqasından məlumat verilib. Raundun matçları iki günü əhatə edəcək. "Sabah" – "İmişli" matçı dekabrı


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber.az 2026 xəbər valyuta xankendi