Dəmir Muxetdinov: "Qarabağda 67 məsciddən 63-ü dağıdılıb, yüzlərlə tarixi abidə zədələnib" - VİDEO

Dəmir Muxetdinov: "Qarabağda 67 məsciddən 63-ü dağıdılıb, yüzlərlə tarixi abidə zədələnib" - VİDEODəmir Muxetdinov: "Qarabağda 67 məsciddən 63-ü dağıdılıb, yüzlərlə tarixi abidə zədələnib" - VİDEO
Mədəniyyət xadimlərinin irsi abidələrinin qorunub saxlanmasında dini ayrı-seçkilik etməsi məni heyrətləndirdi.
Bu barədə Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi sədrinin birinci müavini Dəmir Muxetdinov Rusiyanın tanınmış mədəniyyət xadimlərinin Qarabağdakı abidələrin qorunub saxlanılması ilə bağlı UNESCO-ya müraciətini özünün "Facebook" səhifəsində şərh edərkən bildirib.
"Rejissorlar, dirijorlar, musiqiçilər və yaradıcı elitanın digər nümayəndələri Dağlıq Qarabağ regionundakı xristian mədəni, bədii və memarlıq irsi abidələrinin qorunub saxlanması üçün onların Dünya İrs Siyahısına daxil olunmasını xahiş edirlər. Mədəniyyət xadimlərinin ayrı-seçkilik etməsi məni heyrətləndirdi: Onlar müsəlman abidələrinin təhqir olunmasına və məhv edilməsinə utanıb qızarmadan göz yummaqla açıq-aydın göstərirlər ki, qorunub saxlanması zəruri olan mədəni sərvət yalnız Dağlıq Qarabağdakı xristian məbədləridir". 
Dəmir Muxetdinov  Dağlıq Qarabağın işğal olunmuş ərazilərində separatçı rejimin dövründə onilliklər ərzində 67 məsciddən 63-nün dağıdıldığını, yüzlərlə tarixi və mədəni abidələrin zədələndiyini vurğulayıb. 
O, həmçinin Qarabağda onlarla, yüzlərlə müsəlman mədəni abidələrinin dağıdılmasına tam etinasızlıq göstərildiyi halda Alban-udi kilsəsi tərəfindən əslində kimə mənsub olması mübahisə doğuran məbədlərin dağıdıla biləcəyinə eyhamları vicdansızlıq adlandırıb.
"Hər bir müşahidəçi bu məsələyə obyektiv yanaşarsa, o qeyd etməlidir ki, Azərbaycan multikultural dövlət kimi özünü apararaq bütün dini ənənələrə eyni dərəcədə hörmətlə yanaşır. Bakı - dəfələrlə dünya dini liderlərinin zirvə görüşlərinin paytaxtı olub. Əgər indiki Azərbaycan rəhbərliyi xristianlığa layiqincə münasibət göstərməsəydi patriarx Kirill yəqin ki, Prezident İlham Əliyevlə və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə ilə müntəzəm görüşməzdi".
Dəmir Muxetdinov bununla belə, Qarabağın tarixi irsinə UNESCO-nun diqqətinin cəlb edilməsi faktının özünü tamamilə düzgün hesab etdiyini vurğulayıb.
"Ümidvaram və inanıram ki, yaxın vaxtlarda 75 illiyini qeyd etmiş bu nüfuzlu beynəlxalq təşkilatın mütəxəssislərinin savadı və mədəniyyəti regionun tarixi irsinin bundan sonra qorunması üçün müvafiq ekspertizaya başlamaq və obyektlərin dini mənsubluğundan asılı olmayaraq obyektiv və qərəzsiz qərarlar qəbul etmək üçün kifayət edəcək", - deyə RF Müsəlmanlarının Ruhani İdarəsi sədrinin müavini sözlərini yekunlaşdırıb.

/oxu.az

Siyasi       Tarix: 22 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm


azerbaycan xeberleri son xeberler yeni xeberler dunyada son xeberler sosial yardim son xabarlar xeber saytlari