Dəmir yolunun yarısına qədər uzanan hasarla bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda dəmir yolunun yarısına qədər uzanan hasar diqqət çəkib.
Sosial şəbəkələrdə paylaşılan foto geniş müzakirələrə səbəb olub. İddialara görə, foto Gəncədə lentə alınıb.
Şərhlərdə sosial şəbəkə izləyiciləri məsələyə ərazi üzrə icra hakimiyyətinin, eləcə də Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin münasibət bildirməməsini qınayıb.
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat Xidmətinin rəhbəri Sənubər Nəzərova mövzuya münasibət bildirib.
Oxu.Az xəbər verir ki, qurum sözçüsü sosial şəbəkə üzərindən verdiyi açıqlamada nə "Azərbaycan Dəmir Yolları" QSC-nin infrastrukturunda, nə də istismar olunan dəmir yolu xətlərində belə yolun mövcud olmadığını qeyd edib.
O bildirib ki, çox güman ki, bu, istismar müddəti bitmiş dalan yoludur:
"Dalan yolu - əsas dəmiryol xətləri ilə birləşən, ayrı-ayrı təşkilatlara, müəssisələrə və ya idarələrə xidmət üçün nəzərdə tutulan dəmir yol xətlərinə deyilir. "Azərbaycan Dəmir Yolları"nın balansında olmayan dalan yollarının saxlanışına, mühafizəsinə, habelə ətraf mühitin təsirlərindən qorunmasına, həmin dalan dəmir yolu üzərində sahiblik və istifadə hüququ olan hüquqi və fiziki şəxslər məsuliyyət daşıyır". / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Prezident Osman Xaliyevi sədr təyin etdi