Denis Kislov: "Qarabağ münaqişəsi tez, aydın və lazımi zamanda həll edildi

Denis Kislov: "Qarabağ münaqişəsi tez, aydın və lazımi zamanda həll edildiDenis Kislov: "Qarabağ münaqişəsi tez, aydın və lazımi zamanda həll edildi"
İsrail məntiqə əsaslanaraq Qarabağdakı Azərbaycanın qələbəsi ilə başa çatan müharibəni obyektiv təhlil etdi.
Bu barədə Ukrayna-İsrail politoloqu, Yaxın Şərq üzrə ekspert, Dövlət İdarəetmə Elmləri Doktoru, "LLC Corporate Research and Consulting International Bureau"nun rəhbəri Denis Kislov Media.Az-a açıqlamasında deyib.
Xatırladaq ki, oktyabr ayının əvvəllərində nəşrə verdiyi müsahibəsində o Azərbaycanın qələbə çalacağını demişdi.
"Qeyd etmək istərdim ki, İsraildə bölgədə baş verənlər diqqətlə izlənildi. Vəziyyət təhlil edildi.  Həm bizim, həm də türklərin pilotsuz təyyarələrinin özlərini necə göstərdiyi təhlil edildi. Qarabağ münaqişəsi tez, aydın və lazımi zamanda həll olundu. Aydındır ki, Azərbaycan ordusu əks hücuma hazır idi, erməni tərəfi isə müharibəyə ümumiyyətlə hazır deyildilər. İndi Ermənistan bir küncə sıxışdırılıb", - Denis Kislov deyib.
Həmsöhbətimizin sözlərinə görə, Türkiyə bölgədəki mövqeyini gücləndirdi, halbuki 10 noyabrda bəyanatı imzalayan üç dövlətin mövqeyində bununla bağlı müəyyən məhdudiyyətlər var idi:
"Eyni zamanda qeyd etmək lazımdır ki, Rusiya Qarabağ düyününün açılmasına kömək etdi və indi Cənubi Qafqazdakı mövcudluğunu bir daha göstərərək sülhü dəstəkləyir və təmin edir. Qərb ölkələrinə gəldikdə, onların vəziyyəti yaxşı başa düşmədikləri aydın oldu və bu səbəbdən 10 noyabrdakı üçtərəfli açıqlama Qərbi təəccübləndirdi".
"Qərbin hazırkı gecikmiş reaksiyası Rusiyanın hərəkətlərinin operativliyi və hadisələrin bu cür dəyişməsinə hazır olmaması ilə əlaqəli idi. Qərbdə hərbi münaqişənin uzun müddət davam edəcəyini düşünürdülər, buna görə məsələnin həlli formasını tapmaq üçün kifayət qədər vaxt olacaqdır. Onların hesablamaları özünü doğrultmadı. Buna görə də Qərb ölkələrinin "gedən qatar"a tullanmaq cəhdi bu qədər yöndəmsiz görünür. Artıq çox gecdir. Fransa və Belçikada Qarabağın müstəqilliyinin tanınmasına dair danışılan bütün təşəbbüslər havada qaldı. Onlar sülhməramlılıq prosesinə heç bir şəkildə təsir edə bilməyəcəklər", - Denis Kislov qeyd edib.
O, eyni zamanda NATO rəhbərliyinin da toxunub: "İndi, zəif nöqtələrə dəqiq "iynələr" istifadə edirlər, məsələn, Ermənistanın zəifliyini, xüsusən də müharibədə məğlubiyyət üzündən milli qürurunun zəifliyini yaradan nöqtələrdən istifadə etdikləri kimi. Ümumiyyətlə, mənə elə gəlir ki, Rusiya, Türkiyə və Azərbaycan digər xarici oyunçuların - ABŞ, Fransa, Almaniya və digərlərinin təsirini artırmaqda maraqlı deyillər. İrəvan isə bu ölkələri cəlb etmək istəyir". /oxu.az

Siyasi       Tarix: 04 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber saytlari beynelxalq bank mezenne xəbərlər.com en yeni xeberler