Deputat: 'Bakı metrosunda kondisionerlərin işləməməsi qəbuledilməzdir
"Bakı metrosundakı qatarlarda kondisionerlərin işləməməsi qəbuledilməzdir. İstər yay, istərsə də qış ayları olsun. Qatarlarda kondisionerlərin mütləq düzgün, normal işləməsi vacibdir. Bu, insanların sağlamlığı üçün önəmlidir. Belə hallar varsa, aradan qaldırılmalıdır".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev metrolarda kondisionerlərin işləməməsi barədə şikayətlərə münasibət bildirərkən deyib.
"Bu gün hər birimiz vətəndaşların rahatlığı, onların sağlamlığı üçün lazımi tədbirlər görməyə borcluyuq. Metro xidməti mütləq yaxşılaşdırılmalı və insanların tələbatını təmin etməlidir. Bir halda ki gediş haqqı artırılır, xidmətin də səviyyəsi yüksəldilməlidir. Çünki bu, bir vəzifədir. Bu vəzifəni icra edənlər öz işlərinə məsuliyyətlə yanaşmalı, insanların sağlamlığının qeydinə qalmalı, xidmət səviyyəsini yüksəltməlidirlər", - komitə sədri bildirib. / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir