Deputat: 'Yaponiyada uşaq bağçalarında tərbiyəçilər kişilərdir

Deputat: 'Yaponiyada uşaq bağçalarında tərbiyəçilər kişilərdirTəhsil üzrə ekspert Kamran Əsədov açıqlaması müzakirələrə səbəb olub. 
Ekspert bildirib ki, boşanmış və övladı vəfat etmiş şəxslər bağçaya işə götürülməməlidir.
"Boşanmış, övladı vəfat etmiş şəxslər bağçaya işə götürülməməlidir. Bağça rəhbərləri, orada çalışan təlim-tərbiyəçilərin mütləq şəkildə xarici görünüşü də yoxlanılmalı, xarici görünüşləri vahiməli olmamalıdır", - deyə ekspert bildirib.
Kamran Əsədovun bu açıqlaması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Əksəriyyət bu yanaşmaya tənqidi fikirlərini bildirib. 
Milli Məclisin deputatı, təhsil eksperti Etibar Əliyev azxeber.com-a açıqlamasında sözügedən məsələ ilə bağlı fikirlərini bildirib.
O, qeyd edib ki, boşanmanın olmasını bağçada işə qəbulla əlaqələndirmək düzgün deyil:
"Mən də həmin fikirlə tanış oldum, ancaq mən onun tərəfdarı deyiləm. Azərbaycanda və bütün dünyada boşanmalar müxtəlif səbəblərdən baş verir. Ona görə də, onu bağçada işə qəbulla əlaqələndirmək doğru deyil. Kamran müəllim dünya təcrübəsinə də istinad edib. Mən sizə maraqlı bir faktı deyim, məsələn, Yaponiyada uşaq bağçalarında tərbiyəçilər kişilərdir. Bu, dövlətin özünün təhsil strategiyasında üstün götürülür. Yəni, uşaqlar kişilərin yanında böyüyür. Orada boşanmışdan əlavə övladı vəfat etmiş şəxslər də deyir. Övladının vəfat etməsi də müxtəlif səbəblərdən ola bilər. Ona görə də, düşünürəm ki, bu, meyar olmamalıdır". 
Millət vəkili sözügedən şəxslərin bağçalarda uşaqlara mənfi təsirinin olub-olmaması məsələsinə bu cür aydınlıq gətirib:
"Bağça müdiri və bağçaya rəhbərlik edən şəxslər göydən gəlib düşmür, onlar ya ali təhsilli olur, ya orta ixtisas təhsilli olurlar. Onlar psixologiya keçirlər, uşaq pedoqogikası ilə tanış olurlar, bunlardan imtahan verirlər. Yəni, onlar müəyyən təhsil görmüş şəxslərdirsə, onların davranışlarını da yəqin ki, korrektə etmiş olarlar. Başqa bir məsələ deyim, elə valideynlər var ki, övladları şikəstdir. Biz deyə bilərikmi ki, o da işləməməlidir? Məsələn, onda müəyyən aqressiya ola bilər deyə. Əslində onun keçdiyi həyat yolu bağçada, təhsilin ən əsas pillələrindən olan məktəbəqədər təhsildə özünün tərbiyəedici funksiyasına müsbət təsir göstərməlidir. Keçdiyi fənlər, gördüyü tədris, həyat yolu, ətraf aləm, uşaqlara qayğı və s".
Aydın Nuri

Sosial       Tarix: 21 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat


azerbaycan xeberleri son xeberler yeni xeberler gunun xeberleri xeberler azerbaycan kriminal xeberler bu gunun xeberleri