Deputatdan sülhməramlılara sərt reaksiya: "Bəlkə gülləbaran etmək istəyirsiniz bu camaatı?

Deputatdan sülhməramlılara sərt reaksiya: "Rusiya Hərbi Kontingenti bizim ərazimizə gələndən Azərbaycan qanunlarını pozmaqla məşğuldur. Bunların ərazimizə gəlməkdə məqsədi heç də sülhməramlılıq, xoşməramlılıq deyil. Bunların məqsədi bölgədə gərginliyi qoruyub saxlamaq və artırmaqdır".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O, qeyd edib ki, Rusiya Hərbi Kontingentinin bu cür hərəkətləri birinci dəfə deyil: "Səbəb ondan ibarətdir ki, bölgədə həmişə Rusiyanın mövcudluğu təmin olunsun. Yəni, bu münaqişə tamamilə başa çatsa, tərəflər arasında gərginlik olmasa, bunlara da ehtiyac olmayacaq. Bu səbəbdən də Rusiya və ya Rusiya ilə bu istiqamətdə çox ciddi rəqabət və mübarizə aparan Qərb – Fransa kimi dövlətlər münaqişənin həmişə mövcud olmağına çalışırlar. Rusiya Hərbi Kontingentinin fəaliyyəti 1988-ci ildən 1992-ci ilə qədər gözümüzün qabağında olub. 20 Yanvar müsibəti, Xocalı soyqırımı hamısı bunların iştirakı ilə olub. Bu gün də onların bütün canlı qüvvəsi, hərbi texnikası da ermənilərin xidmətindədir. Buna görə də, onlar bizim QHT nümayəndələrinin aksiyasına bu cür reaksiya verirlər".
Deputat qeyd edib ki, aksiya iştirakçıları Volkovun gəlişini istəyir, amma onlar ağır texnika gətirirlər:"Fikir verin, QHT nümayəndələri aksiya keçirirlər və nə tələb edirlər, Volkovla görüşmək. Volkov gəlmir, əvəzində tabeliklərində olan ağır texnika gətirirlər bizimkilərin üstünə. Nədir, bəlkə gülləbaran eləmək istəyirsiniz bu camaatı? Öyrəşmisiniz siz buna tarix boyu etmisiniz, yenə də edə bilərsiniz. Sizdən bunu gözləmək olar".
E. Məmmədov bu cür aksiyaların tam hüquqi olduğunu deyib:"Təbii ki, keçirilən aksiyalar tam hüquqidir, səlahiyyətlidir və alqışlanmalıdır. Daha güclü, daha kütləvi aksiyalar keçirmək lazımdır. Bunların Azərbaycan qanunlarını pozmasının qarşısını almaq lazımdır. Bunların ərazi bütövlüyümüzə olan hörmətsizliyinə son qoymaq lazımdır. Necə ola bilir ki, dünyanın müxtəlif ölkələrindən istənilən adam, Azərbaycana dost olmayan ünsürlər ərazimizə sərbəst gəlib-gedə bilirlər, bizə qarşı müxtəlif kompaniyalar yarada bilirlər, İrandan, Fransadan, başqa dövlətlərdən terror-diversiya qüvvələri gəlib ərazimizdə yerləşə bilir, ancaq Azərbaycan vətəndaşı özünün vətəndaşlıq hüququndan istifadə edib Azərbaycan ərazisində hərəkət edə bilmir?! Yəni bu, absurd, anormal bir vəziyyətdir. Buna görə də, bu aksiyalar davamlı olmalıdır və onlar başa salınmalıdır ki, saləhiyyətiniz nədən ibarətdir".
Aydın Nuri

Sosial       Tarix: 13 dekabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbərlər maşın realiti şou ən son xəbər son xeberler azerbaycan