Deputatdan təklif: "Tələbələrə nəqliyyatda güzəştlər edilsin
"Təyyarə biletlərinin yüksək olması səbəbindən bu gün tələbələrimizin ölkəyə qayıtmasında müəyyən çətinliklər yaşanır".
azxeber.com xəbər verir ki, bu sözləri millət vəkili Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Deputat nəqliyyatda tələbələrə güzəştlərin tətbiq edilməsini təklif edib:
"Məhz bu səbəbdən bizim çoxlu sayda tələbələrimiz qış tətilini ölkəmizdə deyil, məhz təhsil aldıqları ölkələrdə keçirirlər. Digər bir məsələ isə Türkiyədə zəlzələ səbəbindən təhsilin distant təhsilə keçməsidir. Qış müddəti tətil olduğu üçün həmin tələbələrin bir hisəsi Azərbaycana qayıtmışdır. Onların kitabları, istifadə etdikləri ədəbiyyatlar var idi ki, biletlərin baha olması ilə əlaqədar tələbələr qayıdıb onları götürə bilmirlər. Bütün bunları nəzərə alaraq, tələbələrə həm daxili nəqliyyatda, həm də xaricə təhsil məqsədilə səfərlərdə müəyyən güzəştlərin tətbiqinə baxılmasına ehtiyac var".
"Bu gün dünyada belə təcrübələr kifayət qədər mövcuddur. Eləcə də, qardaş Türkiyədə də bu təcrübə uğurrla tətbiq olunur", - deyə deputat əlavə edib.
Aydın Nuri

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu