"Deyirlər ki, İlqar Məmmədov hakimiyyətlə anlaşıb"

"Bildiyiniz kimi, Milli Məclisdə iki ildən çoxdur beş dairə üzrə yerlər boş qalıb. Bu fakta əsaslanaraq bir sıra adamlar ortalıqda söz gəzdirir ki, İlqar Məmmədov hakimiyyətlə anlaşıb, dairələrin birindən mandat alacaq".
KONKRET.az xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib.
Partiya sədri qeyd edib ki, bu söz-söhbət bir həqiqətə əsaslanır:
"Həqiqət ondan ibarətdir ki, REAL Partiyasının sədri yeganə partiya sədridir ki, bu dövr ərzində beş dairənin hər birində olub. Vətəndaşların durumu ilə bağlı birbaşa onlardan məlumat alıb. Bu partiya sədri kimi mənə lazım idi, mən bu səfərləri etdim. Amma bu səfərlərə görə belə söz-söhbətlər yayırlar.
Qəbələyə, 116-cı dairə ərazisinə gedəndə dedilər ki, İlqar Məmmədov hakimiyyətlə anlaşıb, ordan mandat alacaq. Sonra Lənkərana, 74-cü dairə ərazisinə gedəndə, dedilər ki, Lənkəranla bağlı hakimiyyətlə anlaşıb. Bakıda Xətai rayonundakı 33 və 35-ci dairədə elan etdik ki, seçkilərin keçirilməsini istəyən vətəndaşların, seçicilərin imzalarını toplayacağıq.
Bu elanı verəndə dedilər ki, İlqar Məmmədov Xətai rayonu ilə bağlı hakimiyyətlə anlaşıb. İki-üç gün əvvəl İmişli rayonuna getdim, orda da 80-ci dairə boşdur, dedilər ki, İmişlidən mandat alacaq. Mən istəyirəm ki, bu söz-söhbətləri yayanlar rahat nəfəs alsın. Təkrar seçki keçiriləcək beş dairənin heç birindən REAL Partiyasının sədri İlqar Məmmədov namizədliyini irəli sürməyəcək".
İ.Məmmədov əlavə edib ki, həmin dairələrdən REAL partiyasının namizədləri olacaq:
"Ya hamısından, ya da bəzilərindən, əlbəttə ki, namizədlərimiz olacaq".
Qeyd edək ki, ötən ilin fevralında baş tutmuş Milli Məclisə növbədənkənar seçkilərdən sonra parlamentdə dörd dairə üzrə yerlər boş qalıb. Belə ki, Mərkəzi Seçki Komissiyası seçkilər nəticəsində baş vermiş qanun pozuntularına görə dörd dairənin nəticələrini ləğv edib.
Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi –  (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi ( lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsidir (lider namizəd Çingiz Qənizadə). Həmçinin Milli Məclisin mərhum deputatı, Fəttah Heydərov ötən ilin avqustunda dünyasını dəyişib və bundan sonra 116 saylı Qəbələ seçki dairəsi də boş qalıb.

Siyasi       Tarix: 17 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta məzənnələri en yeni xeberler son xeberler bugun 2026 azerbaycan xeber.az