DİN 16 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan məlumata münasibət bildirib - YENİLƏNİB

DİN 16 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan məlumata münasibət bildirib - YENİLƏNİB"Sabirabad rayonunda 17 yaşlı qızın ərə verilməsi faktı ilə bağlı Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub".
KONKRET.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov deyib.
O bildirib ki, polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıb və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb:
"Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Valideynləri isə yalnız nişan mərasiminin keçirildiyini, övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər".
***
15:53
Sabirabad rayon Qarağac kəndinin icra nümayəndəliyi rayonda erkən nikah faktının aşkarlanması ilə bağlı məsələyə aydınlıq gətirib.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı unikal.az-a Qarağac kəndinin icra nümayəndəsi Zaur Dəmirov danışıb:
"Biz həmin ailədə olduq. Ərə verilən qız 2005-ci il təvəllüdlüdür. Onun 17 yaşı tamam olub. Ailəsinin razılığı ilə ailə həyatı qurmasına icazə verilib. Oktyabr ayının 13-də bizim kənddə qız toyu olub. Oğlan toyu isə Şirvan şəhərində baş tutub".
***
15:07
Sabirabad rayonunda erkən nikah faktı aşkarlanıb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Qarağac kənd sakini, 16 yaşlı Məmmədova Aysel Hüseynağa qızı Zal Qarağac kənd sakini Cavadov Allahverdi Əvəzağa oğluna ərə verilib.
Toy şənliyi oktyabrın 22-də Şirvan şəhərindəki şadlıq sarayında baş tutub.

Hadisə       Tarix: 31 oktyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü

Neftçala rayonunda bədbəxt hadisə baş verib. KONKRET.azxəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, rayonun Həsənabad qəsəbə sakini, 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkə

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Türkiyənin 7 vətəndaşına qarşı cinayət işi açıb ki, onlardan da biri Fateh Tezcandır. -a istinadən xəbər verir ki, Fateh Tezcan 1976-cı ildə İstanbulun Bakırköy rayonunda anadan olub

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi

Paytaxtın Xətai rayonunda kafelərin birində "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısına çıxarılıb. -ınəldə etdiyi məlumata görə, ölüml

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu

Bakıda yaşayış binasında uçqun

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib. -ınəldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanı

Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbə

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam.az xeberler qurban bayrami 2026 xəbər az apa.az xeberler