DİQQƏT! Maaşlar artırılacaq
Maliyyə Nazirliyinin saytında dərc olunan 2024-2027-ci illər üçün büdcə proqnozlarına əsasən, 2027-ci ildə Azərbaycanda orta aylıq əmək 1153 manata çatacaq. Bu ilin yekunları üzrə isə orta aylıq əməkhaqqının 930 manat səviyyəsində olmasıgözlənilir.
KONKRET.azxəbər verir ki, beləliklə, 2027-ci ildə orta aylıq nominal əməkhaqqının artımı cari illə müqayisədə 24% təşkil edəcək.
2024-cü il üçün orta aylıq əməkhaqqı 980 manat, 2025-ci ildə – 1038 manat, 2026-cı ildə – 1095,4 manat səviyyəsində proqnozlaşdırılır. 2023-2027-ci illərdə Azərbaycanda əhalinin nominal pul gəlirləri də artacaq. Maaşlar nə qədər artacaq? Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Maliyyə Nazirliyinin proqnozlarına əsasən, 2027-ci ilə qədər dövlət büdcəsində 5 fazilik artımın olması nəzərdə tutulub:
"Burdan da aydın olur ki, büdcəmizin artması nəticəsində ilk növbədə sosial xərclərə əhəmiyyət verilir. Ona görə ki, sosial siyasət hökumətin əsas prioritet məsələlərindən biridir. Bu baxımdan da əmək haqlarının artırılması mümkün olacaq və bu, 2027-ci ilə qədər reallaşacaq".
Bəs əməkhaqlarının artırılması inflyasiyaya necə təsir göstərəcək?
Hər il Azərbaycanda inflyasiya həddi qədər əmək haqqının artırıldığını söyləyən deputat, bu il inflyasiyanın 6 faiz həcmində proqnozlaşdırıldığını vurğulayıb:
"Hökumət də buna uyğun olaraq, sosial siyasət həyata keçirir və bahalaşmanın əhalinin gəlirlərinə təsir etməməsinə və şəffaflığın təmin olunmasına çalışır. Üstəlik, bunun qarşısının alınması üçün inzibati tədbirlər görülür. Digər tərəfdən isə dövlət ehtiyatların yaradılması vasitəsilə vətəndaşların həyati əhəmiyyətli xərclərini limitləyir və məhsulların kəskin bahalaşmasının qarşısının alınması üçün tədbirlər görür".

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi