Dmitri Solonnikov: "Vəziyyət ciddi şəkildə dəyişir" - Ərdoğandan Rusiyaya diplomatik HÜCUM

Dmitri Solonnikov: Türkiyənin artan nüfuzuna və hərbi-siyasi sahədə əldə etdiyi nailiyyətlərə dünyanın aparıcı dövlətləri qısqanclıqla yanaşır. Türkiyənin uğurlarına kölgə salmağa çalışan qüvvələr qardaş ölkənin təkcə regionda deyil, bütün dünyadakı siyasi çəkisinin artmasından ciddi narahatdır. İndi açıq şəkildə həm Rusiya, həm də Qərbin Cənub-Şərqi Asiyada, Şimali Afrikada, Cənubi Qafqazda Türkiyənin real gücə çevrilməsini həzm edə bilməməsinin şahidi oluruq. Dünyanın siyasi səhnəsində söz sahibinə çevrilən Türkiyənin hərbi potensialı hər il artır və qardaş ölkədə bu artım yüksələn xətt üzrə inkişaf edir. NATO-nun ikinci ən böyük ordusuna sahib olan Türkiyənin son illər hərbi quruculuq istiqamətində inkişafı da diqqətdən yayınmır. Son illər hərbi sənayedə inqilab edən Türkiyənin son texnoloji silahları dünya hərb sənayesinin tapıntısı hesab olunur.
Bütün bunlara az bir müddətdə nail olmaq isə elə də asan olmayıb. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında həyata keçirilən islahatlar Türkiyənin hərbi potensialını nəzərə çarpacaq dərəcədə artırdı.
Bu günlərdə Vilnüsdə NATO sammitində Türkiyənin rolu və qardaş ölkəyə xüsusi maraq, eləcə də prezident Ərdoğanın siyasi iradəsi dünya mətbuatının diqqətindən yayınmayıb və toplantıdan sonra Türkiyə liderinin sammitdəki mövqeyi təhlil edilib.
Rusiyalı politoloq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov da NATO sammitini şərh edərkən Ərdoğanın şəxsiyyətinə hörmətlə yanaşdığını bildirib.
Politoloq hesab edir ki, sammitdə əsas fiqur gözlənildiyi kimi Zelenski yox, Türkiyə lideri Ərdoğan idi:
"Ərdoğan sammitdə şəksiz lider idi və bir çox məsələlər onun ətrafında cərəyan edirdi. Onun diqqətçəkən ciddi bəyanatları arasında Rusiya ilə bağlı məqamlar da var. Ərdoğan 2025-ci ildə Rusiyanın qoşunlarını Qarabağdan çıxaracağını bəyan edib. Ərdoğan niyə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli sazişin necə həyata keçiriləcəyindən danışır? Bu, müəyyən mövqenin nümayişidir. Növbəti məsələ odur ki, Ərdoğan sammitdən əvvəl Azov yaraqlılarını Ukraynaya buraxmazdan əvvəl İsveçin NATO-ya üzv olmasına icazə verir".
Rusiyalı politoloqu narahat edən məqam Ərdoğanın Qərbə meyillənməsidir. Qərbin Rusiyaya sanksiyalar təbiq etməsində neytrallıq nümayiş etdirən rəsmi Ankaranın Rusiya üçün əlverişli tərəfdaş olmasını Qərbdə də yaxşı anlayırlar.
Rusiya isə Türkiyənin Qərblə yeni əməkdaşlığına reaksiya verir və münasibətlərə qısqancıqla yanaşır:
"Ərdoğan Rusiyaya qarşı ciddi şəkildə oynayır. Bu isə Rusiya üçün çox ciddi məqamdır. Təbii ki, Ərdoğan tərəfdaşlıq haqqında danışmağa davam edəcək. Qarşılıqlı əlaqədən, Rusiya ilə ticarətdən faydalanmağa çalışacaq, lakin vəziyyət ciddi şəkildə dəyişəcək. Bunun üçün hazır olmalıyıq.
Nəhayət Yaponiya, Avstraliya, Cənubi Koreya nümayəndə heyətinin sammitdə iştirakı da diqqət çəkir. NATO-nun Şərqə doğru genişlənməsinin Çinə qarşı olduğunu desələr də, bu, Rusiyaya qarşı həyata keçirilir", – deyə Dmitri Solonnikov bildirib.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 17 iyul 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberleri zelzele xeberler az sonxəbər