Dollar 70 rubla kimi bahalaşa bilər

Dollar 70 rubla kimi bahalaşa bilər2022-ci ilin sonuna dolların məzənnəsi 70 rubla qədər yüksələ bilər.
KONKRET.az xəbər verir ki, bun barədə TASS-a VEB-in baş iqtisadçısı Andrey Klepaç məlumat verib.
O, həmçinin Rusiya Bankının iyulun sonunda əsas faiz dərəcəsini 9,5% səviyyəsində saxlamasını təklif edib.
Ekspert hesab edir ki, rublun möhkəmlənməsini cilovlamaq üçün inflyasiyanın yavaşlamasına baxmayaraq, onu əhəmiyyətli dərəcədə azaltmaq lazım idi.
İyulun 5-də dolların məzənnəsi iyunun 3-dən sonra ilk dəfə 62 rublu, avro isə iyunun 8-dən bəri ilk dəfə 64 rublu ötüb.
İqtisadiyyat və maliyyə bazarları üzrə ekspert Vitali Kaluqin "Sputnik" radiosuna müsahibəsində bunun Mərkəzi Bankın icazəsi ilə həyata keçirilən valyuta müdaxiləsinin nəticəsi olduğunu irəli sürüb:
"Dolların belə bahalaşmağa başlaması üçün elə bir vəziyyət yaratmaq lazım idi ki, bazarda neft və qaz ixracatçılarından daxil olan valyuta az olsa da, dollar çox alınsın. Bu cüt şəraitdə real alıcı az olsa belə məzənnə kəskin yüksəlir. Dolların dəyəri beləliklə, 60-62 rubl səviyyəsinə endirilə bilər".
Ekspertin fikrincə dolların bahalaşması, qısamüddətli olacaq. O, nümunə olaraq, may ayında cəmi üç gün davam edən oxşar artımı göstərib. Bundan sonra dollar yenidən aşağı düşüb.
İqtisadçı qeyd edib ki, dolların uzunmüddətli möhkəmlənməsi üçün heç bir fundamental səbəb yoxdur:
"İxracatçıların qaz və neft üçün aldıqları valyuta var. Onlar dollar satmağa başlayanda məzənnə yenidən 50 rubla enəcək". Publika.az

Sosial       Tarix: 06 iyul 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal son xeberler bugun xeberler bu qun hava