Dollarla bağlı vacib QƏRAR - Manatı hansı təhlükə GÖZLƏYİR?

Dollarla bağlı vacib QƏRAR - Manatı hansı təhlükə GÖZLƏYİR?Dollara tələb artmaqda davam edir. Ötən gün – dekabrın 14-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Mərkəzi Bankın məlumatına görə, hərracda tələb 70,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib. Qeyd edək ki, 12 dekabr 2023-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 69,1 milyon ABŞ dolları təşkil etmişdi. 7 dekabr 2023-cü il tarixində həracda isə tələb 44,8 milyon ABŞ dolları olmuşdu. 2023-cü ilin əvvəlindən bu yana keçirilmiş 92 valyuta hərracında banklara cəmi 3 milyard 587,1 milyon dollar satılıb.
KONKRET.azxəbər verir ki, məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Xalid Kərimli Referans.az-a deyib ki, dollara tələbin artmasına baxmayaraq ölkəyə girən dollar çıxan dollardan çoxdur:
"Mərkəzi Bank il ərzində bazardan dollar yığıb ki, manat bahalaşmasın. Nəticə etibarilə Mərkəzi Bankın ehtiyyatları artıb. Eyni zamanda son aylarda bankların özünün də nağd alışı nağd satışından çox olub. Dekabr ayında fəsillə bağlı dollara tələbatın artmasına baxmayaraq manatı heç bir təhlükə gözləmir. Neftin qiyməti də yüksəkdir. Buna görə də hələki manatı üçün elə bir ciddi təhlükə ola bilməz".
İqtisadçı bu ilin 12 aylıq proqnozunu qeyd edərək bildirib ki, növbəti il üçün büdcənin neft qiyməti ilə bağlı proqnozu və digər bir sıra məsələlər çərçivəsində manatın dollara qarşı 1,70 müəyyənləşdirilmiş kursu davam edəcək. Onun sözlərinə görə, sonrakı illərdə necə olacaqsa, bunu yalnız gələn ilin sonlarına doğru müəyyən etmək olar.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə bildirir ki, dollara tələbin artması daha çox mövsümi faktorlar ilə bağlıdır:
"Son 3 hərracda 241.1 milyon dollar satılıb. Digər tərəfdən, son 3 hərracda hər satış əvvəlkindən daha çox olub. Əgər noyabrın 28-də keçirilən hərracda 68.2 milyon dollarlıq tələb yaranmışdırsa, ötən ayın son günündə 77.8, ötən həftə isə 95.1 milyon dollarlıq sifariş olub. Belə ki, dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. Öncədən proqnozlaşdırıldığı kimi, dekabrda dollara tələbin artması gözlənilən idi. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır".
Deputat qeyd edib ki, Azərbaycanda hələki üzən məzənnə rejiminə keçirilməyib. Onun sözlərinə görə, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır: "Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də gələn il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".

Sosial       Tarix: 16 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


son xeberler yeni xeberler azerbaycan xeberleri hava durumu sonxəbər gunun xeberleri cəbhədən ən son xəbər