Donald Gerryenin "Qarabağ" peşmanlığı: "Top Rəşadda olanda..."

Donald Gerryenin "Qarabağ" peşmanlığı: "Top Rəşadda olanda...""Neftçi"nin haitili müdafiəçisi Donald Gerye Azərbaycan Premyer Liqasının 11-ci turunda "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonrakı brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Yəqin ki, bu gün belə nəticə gözləmirdiniz...
- Əlbəttə, gözləmirdik. Oyuna ciddi hazırlaşmışdıq. Meydana yaxşı nəticə üçün çıxmışdıq. Bu gün 3 xal qazanmaq üçün sona qədər mübarizə apardıq. Artıq bu oyunu unutmalı və qarşıdakı matçlara hazırlaşmalıyıq.
- Bu məğlubiyyətdən sonra 3-cü sıraya düşdünüz. Bunu həm də çempionluq yarışında "Neftçi" üçün böyük zərbə hesab etmək olar?
- Düzdür, turnir cədvəlində bir pillə gerilədik. Bundan sonra daha çox çalışmalıyıq. Çempionluq mübarizəsinə gəlincə, hələ ümidimiz var. Çünki qarşıda çox oyunumuz olacaq. Mübarizəni davam etdiririk.
- Roberto Bordin mətbuat konfransında komandadan narazı qalıb və bildirib ki, futbolçular istənilən səviyyədə çıxış etmədilər. Baş məşqçinin fikirlərinə münasibətinizi bilmək maraqlı olardı...
- Bəli, baş məşqçi haqlıdır. Bu gün daha yaxşı oynaya bilərdik. Kifayət qədər vuruşmadıq. Məhz buna görə uduzduq. Növbəti oyunları daha yüksək səviyyədə keçirməliyik.
- Kənardan elə görünür ki, sanki "Neftçi"də xoşbəxt deyilsiniz...
- Unutmayın ki, "Neftçi" mənim üçün yeni komandadır. Hələ tam uyğunlaşa bilməmişəm. "Qarabağ"da futbolçularla bir-birimizi yaxşı başa düşürdük. "Neftçi"də isə yeniyəm. Düşünürəm ki, getdikcə hər şey daha yaxşı olacaq.
- Sizcə, "Qarabağ"da oynamaq asandır, yoxsa "Neftçi"də?
- Çətin sualdır. Ancaq mənə "Qarabağ"da oynamaq daha rahat idi. Çünki bayaq da dediyim kimi, futbolçularla yaxşı anlaşırdıq. Məsələn, top Rəşadda olanda irəli çıxırdım, Almeyda mənim mövqeyimə düşürdü, Zubir isə cərimə meydançasına daxil olurdu. "Neftçi"də isə vəziyyət hələ ki, fərqlidir. Mənim üçün burada hər şey yenidir. Bu barədə əlavə nəsə deyə bilmərəm. /publika.az

İdman       Tarix: 10 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında İsrail yığmasını məğlub edib. bildirir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Xatırladaq ki, U-15 millimi

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xəbər son xəbərlər azərbaycanda son xeberler bugun 2026 canli valyuta mezenesi