60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı
"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərini geridə qoyub.
KONKRET.azxəbər verir ki, bu barədə "Actu Foot" nəşri sosial şəbəkə hesabında məlumat paylaşıb.
Haaland turnir tarixində 60 qol həddinə çatmış ən sürətli futbolçu olub. Norveçli bombardirə bu göstəriciyə çatmaq üçün cəmi 60 oyun kifayət edib. Əvvəlki rekord 60 qolu 80 matça vuran Lionel Messiyə məxsus idi.
Bununla yanaşı, norveçli ulduz Çempionlar Liqasında 60 qola çatan ən gənc futbolçu adını da ələ keçirib. Haaland 60-cı qolunu 26 yaş 85 günlüyündə vuraraq Messini cəmi 1 günlə üstələyib (argentinalı ulduz bu həddə 26 yaş 86 günlüyündə çatmışdı). Ümumilikdə, Erlinq Haaland cari mövsümdə bütün turnirlərdə çıxış etdiyi 9 qarşılaşmada 10 qolla yadda qalıb.
Qeyd edək ki, Oktyabrın 20-də keçiriləcək 3-cü turda "Mançester Siti" Yunanıstanın AEK, PSJ isə "Barselona" komandası ilə qarşılaşacaq.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: "Uşaqları ideologiyaya girov etmək cinayətdir
Paytaxtın bu yolları bağlı olacaq
AZAL cari ilin ilk doqquz ayını artımla başa vurub
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb
Bir rəqəmsal bankçılıq təcrübəsini "Istanbul Fintech Week" tədbirində təqdim edib
Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama
"Qarabağ" "Sabah"ı təbrik etdi
Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMA
"Sabah" "Slaviya"ya qarşı... - Canlı