"Dördlər finalı"nın bürünc mükafatçısı müəyyənləşdi

Oktyabrın 10-da UEFA Millətlər Liqasının "Dördlər finalı"nın bürünc mükafatçısı müəyyənləşib.
Publika.az xəbər verir ki, İtaliya və Belçika komandaları arasındakı üçüncü yer uğrunda qarşılaşmada italyanlar üstün olublar - 2:1.
Turindəki "Alianz" stadionunda gerçəkləşən görüşdə birinci hissədə hesab açılmayıb. Fasilədən sonra daha üstün oyun nümayiş etdirən İtaliya millisi matçın 46-cı dəqiqəsində hesabı açıb. Nikolo Barella fərqlənib. Oyunun 65-ci dəqiqəsində baş hakim Belçika seçməsinin qapısına penalti zərbəsi təyin edib. Topa yaxınlaşan Domeniko Berardi fürsəti əldən verməyib.
Qarşılaşmanın başa çatmasına üç dəqiqə (87-ci dəqiqə) qalmış Belçika yığması qollardan birinin əvəzini çıxıb. Oyuna yenicə daxil olmuş Kevin de Brüynenin ötürməsindən sonra Şarl de Ketelare hesab arasındakı fərqi azaldıb. Qalan dəqiqələrdə hər iki komandanın qol vurmaq şansı olsa da hesab dəyişilməyib. Beləliklə, İtaliya millisi "Dördlər finalı"nın bürünc mükafatçısı olub.
Qeyd edək ki, turnirin həlledici görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Həmin görüşdə İspaniya və Fransa yığmaları üz-üzə gələcək.
Milan şəhərindəki "San-Siro" stadionunda baş tutacaq görüşü ingiltərəli Entoni Teylor idarə edəcək.
İspaniya seçməsi yarımfinalda İtaliyanı 2:1, Fransa millisi isə Belçikanı 3:2 hesabı ilə üstələyib.
Xatırladaq ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.

İdman       Tarix: 10 oktyabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Fransadakı iğtişaşlar NFL-ə də təsir etdi - Trampdan matç ilə bağlı təklif

ABŞ Prezidenti Donald Tramp Fransada baş verən iğtişaşlarla əlaqədar Parisdə keçirilməsi planlaşdırılan NFL matçının təxirə salınmasını təklif edib. xəbər verir ki, "The Athletic" nəşrinin məlumatına görə, Tram

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Millimiz dünya çempionatına qələbə ilə başladı

Azərbaycan millisi Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında mübarizəyə başlayıb. KONKRET.azAZƏRTAC-a istinadən xəbər verir ki, U-16 yığmamız Bakı Kristal Zalında Timor-Leste komandas

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb


azerbaycan xeberleri yeni xeberler son xeberler dunya xeberleri cəbhədən son məlumatlar xeber.az xeber saytlari