Dövlət başçısı: "Gəlirlərimiz artıb, eyni zamanda, kapital bazarlarında pul itirmişik"

Dövlət başçısı: "Gəlirlərlə bağlı onu demək istəyirəm ki, belə bir ümumi fikir var: yüksək neft qiymətləri ixracatçılara həddindən artıq əlavə sərvət gətirir. Bəli, bu, doğrudur. Bizim gəlirlərimiz artıb".
KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın "İl Sole 24 Ore" qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsində deyib.
"Ancaq, eyni zamanda, biz kapital bazarlarında pul itirmişik, çünki bizim Dövlət Neft Fondunun sərvətləri müxtəlif alətlərdədir. Kapital bazarı çöküb. Ona görə də biz digər suveren fondlar kimi pul itirmişik, ancaq elə də çox pul itirməmişik. Bəzi suveren fondlar 100 milyard dollardan çox vəsait itiriblər. Biz 2-3 milyard dollar itirmişik.
Şaxələndirməyə gəldikdə isə, əlbəttə ki, ixracımızı şaxələndirməyimizdən asılı olmayaraq, bizim qeyri-neft və qeyri-qaz ixracımız neft və qaz ixracına uyğun gəlməyəcək. Çünki neft və qaz ixracı artır. Məsələn, keçən il biz İtaliyaya 9,6 milyard kubmetr, bu ilin 7 ayında isə 11 milyard kubmetr təbii qaz ixrac etmişik. Qazın qiyməti düşdü. Beləliklə, şaxələndirmə bizim üçün ümumi daxili məhsulda öz əksini tapan statistika deyil, o, xalqımız üçün iş yerləri təmin etmək və yaxşı həyat şəraiti yaratmaq deməkdir. Məsələn, bu ilin altı ayındakı ümumi daxili məhsulumuza baxsanız, nə görəcəksiniz? Ümumi daxili məhsul 6,2, qeyri-enerji sektorunda isə demək olar ki, 10 faiz, qeyri-enerji ilə bağlı sənayedə isə 11 faizdən çox artıb, qeyri-enerji ixracı 25 faiz artıb. Beləliklə, bu, göstərir ki, artım göz qabağındadır, ancaq bu, kifayət deyil. Buna görə də bizim daha çox islahatlara, qeyri-enerji sektorunda daha çox sərmayəyə və bunu üçün də, əlbəttə ki, biznes mühitinə ehtiyacımız var. Əlbəttə ki, o sahədə irəliləyişlər var. Lakin bütün bu bürokratik maneələri və keçmiş sovet dövrünün psixoloji mirasını aradan qaldırmaq üçün hələ də çox iş görməliyik", – Prezident İlham Əliyev bildirib.

Sosial       Tarix: 03 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber.az bugun xeberler enson xeberler zelzele