Dövlət başçısı: "Rusiya Prezidenti ilə həm Rusiyada, həm də Azərbaycanda yetərincə tez-tez görüşürük
"Rusiya Federasiyasının Prezidenti ilə biz həm Rusiyada, həm də Azərbaycanda yetərincə tez-tez görüşürük. Buna görə bizim ünsiyyətimiz və görüşlərimiz qarşılıqlı fəaliyyətimizin inkişafına çox müsbət təkan verir, qarşılıqlı siyasi fəaliyyət də çox yüksək səviyyədədir".
azxeber.com xəbər verir ki, bunları Prezidenti İlham Əliyev yanvarın 30-da "Rossiya 24" telekanalında TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Azərbaycanın dövlət başçısının 60 illik yubileyinə həsr olunmuş "Hakimiyyət formulu" verilişində deyib.
"Əlbəttə, humanitar sahədə əməkdaşlığı hökmən qeyd etmək lazımdır və Rusiya Prezidenti ilə biz həmişə belə edirik. Fikrimcə bu, qonşular arasında əməkdaşlığın nümunəsidir. Azərbaycanda təhsilin rus dilində olduğu 330-dan çox məktəbin, Rusiyanın aparıcı ali məktəblərinin filiallarının mövcud olması və yetərincə zəngin mədəni proqramın olması Rusiyada çox yüksək qiymətləndirilir. Biz daim əlaqə saxlayırıq, yaxın dostlar və tərəfdaşlar kimi işləyirik", -Azərbaycanın dövlət başçısı qeyd edib.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Vuçiç istefa verdi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var
Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA