Dövlət büdcəsi daha çox sosialyönümlüdür" - AÇIQLAMA

Dövlət büdcəsi daha çox sosialyönümlüdürƏsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycanda bütün sahələr inkişaf edir. İnkişaf edən sahələrdən biri də iqtisadiyyatdır ki, burada da əsas təməl prinsipi azad sahibkarlığın təmin olunmasıdır. Dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda, ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Bu mənada bazar iqtisadiyyatını əsas istiqamət seçən Azərbaycan hökumətinin biznes mühiti ilə bağlı həyata keçirdiyi tədbirlər böyük əhəmiyyət daşıyır. Belə ki, sahibkarlığın inkişafı, sahibkarlığa dəstək, azad rəqabət mühitinin yaradılması və inkişaf etdirilməsi, eləcə də, müxtəlif sektorlarda yerli istehsal müəssisələrinin formalaşdırılması üçün təşviqatın aparılması dövlətin qarşısında prioritet təşkil edib. Ölkədə yaradılmış əlverişli iqtisadi şərait, mühit, xüsusən də "bir pəncərə" sistemi ilə dövlət qeydiyyatına alınmanın tədbiqi sahibkarlığın inkişafına daha da geniş imkanlar açıb. Təkcə 2014-cü ilin yanvar-sentyabr ayları ərzində 6704 yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs qeydiyyata alınıb. Bütün bu addımlar azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi baxımından çox böyük əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, liberal iqtisadiyyat dövlətin müdaxiləsinin, tənzimləməsinin və vergilərin az olduğu, xarici ticarətin sərbəst, rüsumların isə çoxluğu ilə seçilən bir iqtisadiyyatdır: "Liberal sözünün kökündə azadlıq var. Yəni burada dövlət çox tənzimləmələr etməməlidir. Hətta liberal iqtisadiyyatın tərəfdarları dövlətin rolunu "gecə mühafizəçisi" kimi görürlər. Belə bir bədii ifadə üsulları da mövcuddur. Əslində tam liberal iqtisadiyyat dünyada yox səviyyəsindədir. Bunu az da olsa Amerikada görmək mümkündür. Avropada isə sosial bazar iqtisadiyyatı hökm sürür. Azərbaycan tam olaraq iqtisadiyyatın liberallaşdırılması yolunu tutmayıb. Ümumdünya Ticarət Təşkilatı ilə 1997-ci ildən danışıqlar gedir. Amma heç kim bu danışıqların səmimiliyinə inanmır. Bu təşkilata qoşulmaq istəmirik, sadəcə müzakirələr aparırıq. Hər il ÜDM-in daha çox hissəsinin büdcə vasitəsi ilə bölüşdürüldüyünü elan edirik. Məsələn, bu il büdcənin ÜDM-ə nisbəti 31,5 faiz olub və rekord rəqəm qeydə alınıb. Dövlət aparatları çox olduqca, mövcud resursları bölüşdürmə cəhdləri ona gətirib çıxarır ki, Azərbaycanda daha çox sosialyönümlü bazar iqtisadiyyatı modeli diqqət mərkəzinə çatır. Bu istiqamətdə qarşımıza  bir konsepsiya və ya strategiya qoyduğumuzu düşünmürəm. Sadəcə olaraq sosial gərginliyin olmamasına çalışırıq. Bu da sosialyönlü bazar iqtisadiyyatının formalaşmasına gətirib çıxarır".
Dövlət büdcəsi daha çox sosialyönümlüdürXalid Kərimli bildirib ki, azad sahibkarlıq və liberal iqtiadiyyat tərəfdarlarının fikrincə, vergilərin və dövlətin tənzimləmələrinin az olması iqtisadiyyatda məhsuldarlığı artırır, daha layiqli şəxslərin varlanmasına gətirib çıxarır: "Sosialyönümlü bazar iqtisadiyyatının da öz şərtləri var. Burada insanlar üçün bərabər şəraitin yaradılması, var-dövlətin qanunla qazanılması və sair tələblər mövcuddur. Azərbaycanda məmur iqtisadiyyatı daha çox formalaşıb. İri holdinqlərin kimlərə məxsus olduğunu hər kəs bilir. Bir məmur vəzifədən getdikdən sonra onun holdinqinin 50-60 şirkətə sahib olduğu üzə çıxır. Yəni bizdə ümumi götürdükdə nə sosialyönümlü, nə də liberal iqtisadiyyat yoxdur. Əsasən, məmur iqtisadiyyatı üstünlük təşkil edir. Büdcəmiz isə daha çox sosialyönümlü olmağa çalışır. Bazarın yaxşı işləməsi üçün rəqabətin çox olması və inhisarçılıqla mübarizə lazımdır. Azərbaycanda vəziyyət bu sahədə bərbaddır. İnhisarçılar da məmurlar olduğuna görə, tənzimləyici qurum ya onlarla bacarmır, ya da heç nə edə bilmir. Sovet dövrünün plan iqtisadiyyatından bazar iqtisadiyyatına keçid edə bilsək də, hələ bu sahəni tam formalaşdırmamışıq. Əsas gəlirlərimiz hələ də neft-qaz satışından əldə olunur. Bu gəlirlərin sayəsində nələrisə yarada və məşğulluğu təmin edə bilirik".
Müşviq Tofiqoğlu,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusuna həsr olunub.
Dövlət büdcəsi daha çox sosialyönümlüdür

Sosial     Baxılıb: 279   Tarix: 26 yanvar 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Şəkidə evin qəsdən yandırıldığı iddia edilir

Şəkinin Baş Göynük kəndində yanğın hadisəsi qeydə alınıb. "Unikal"a istinadən xəbər verir ki, kənd sakini Fazil Əhmədova məxsus, ümumi sahəsi 190 kvadratmetr olan 4 otaqdan ibarət yaşayış evində yanğınla bağlı məluma

Dəm qazından boğulub ölən 22 yaşlı Şükranın FOTOsu

Xəbər verdiyimiz kimi, Cəlilabadın Üçtəpə kəndində 22 yaşlı Şükran İsayeva dəm qazından boğularaq ölüb. Qafqazinfo-ya istinadən xəbər verir ki, Şükran tibb təhsilli idi. O, ötən ildən yaşadığı Üçtəpə kəndində tibb bacıs

Fərid Əhmədovdan yüksək vəzifəyə - Təyinat

Ədliyyə Nazirliyinin baş idarələrindən birinə yeni rəis təyin olunub. xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bununla bağlı nazir Fərid Əhmədov Əmr imzalayıb. Əmrə əsasən, Anar Eldar oğlu Qocaye

Dövlət siyasətini daha dolğun şəkildə həyata keçirmək üçün elm və təhsil bir yerdə olmalıdır

"Bilirsiniz ki, biz artıq struktur dəyişiklikləri də etdik, Elm və Təhsil Nazirliyi yaradıldı. Nə üçün? Çünki faktiki olaraq elm dövlət strukturlarından kənarda qalmışdı". . xəbər verir ki, bunu Prezident İlha

Diplomlarla bağlı qaydalar təsdiqləndi

Ali təhsil haqqında dövlət sənədlərinin dublikatının verilməsi qaydası təsdiqlənib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb. Qərara əsasən, bu qayda qüvvəyə mindiyi tarixədək verilmiş təhsi

Azərbaycan-İran sərhəd buraxılış məntəqələrində yük avtomobillərinin sıxlığının səbəbi məlum olub - FOTO

Son günlər Azərbaycan-İran dövlət sərhədinin buraxılış məntəqələrində yük avtomobillərinin sıxlığının yaranması barədə məlumatlar yayılıb. xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Azərbaycanla İran arasında dövlə

"Azəriqaz"-ın smart kart tipli sayğaclarında problem

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qazla bağlı tətbiq olunan limitin sıfırlanmasından sonra "Azəriqaz" İB-nin smart kart tipli sayğaclarının fəaliyyətində problem qeydə alınıb. xəbər verir ki, istifadəçilə

33 milyard kubmetr qaz tədarükünə dair saziş imzalandı

Azərbaycan və Türkiyə arasında 33 milyard kubmetr qaz tədarükünə dair saziş imzalanıb. KONKRET.azxəbər verir ki, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar bildirib. Nazir iki gün əvvəl Azərbaycanl

Üç gün əvvəl Ucarda baş vermiş qəzada yaralanan qadın həyatını itirib

Ucarda iki gün əvvəl yol qəzasında ağır xəsarət alan qadın bu gün xəstəxanada ölüb. Bu barədə -a Ucar rayon Mərkəzi Xəstəxanasından bildirilib. Məlumata görə, vəziyyəti ağır qiymətləndirilən 1964-cü il təvəllüdlü Mahmudov


azerbaycan xeberleri yeni xeberler son xeberler qarabag en son xəbərlər bugün cəbhədən görüntülər qurban bayrami 2026