DSX: 'Narkotiklərin ölkəyə keçirilməsi hallarına cəhdlər daha çox İranla sərhəddə qeydə alınır
"Azərbaycan dünya narkotacirlərinin marşurutunda yerləşən ölkələrdən bidiridr. Narkotiklərin ölkəyə keçirilməsi hallarına cəhdlər daha çox İranla dövlət sərhədində qeydə alınır".
azxeber.com "report"a istinadən xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, DSX tərəfindən ictimaiyyətə zaman-zaman narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tərəfindən sərhəd naryadlarına silahın tətbiq olunmasına dair faktlar çatdırılır.
General-leytenant söyləyib ki, torpaqlarımız işğal altında olan zaman Cəbrayıl rayonu istiqamətindəki dövlət sərhədindən narkotik vasitələrin daşınması işlərindən aktiv şəkildə istifadə olunurdu: "Ancaq ərazilərimizi işğaldan azad etdikdən sonra biz bu istiqamətdə çox böyük işlər görmüşük. Lakin buna baxmayaraq, bu qüvvələr oradan yenə istifadə etmək niyyətindədirlər. Hazırda həmin ərazilərdə dövlət sərhədinin mühafizəsi ən yükəsk səviyyədə təşkil olunur. Bu gün sərhədçilərimiz Vətənimizin keşiyində ayıq-sayıq dayanırlar".

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?