Dünya Kuboku: 7-ci gün - Məğlub tailandlı qızlar qalib ukraynalıların bayrağı rəngində bant taxdılar - FOTOLAR
Bakıda atıcılıq üzrə davam edən Dünya Kuboku geniş auditoriya qazanıb.
KONKRET.az xəbər verir ki, təkcə Beynəlxalq Atıcılıq İdman Federasiyasının saytındakı canlı yayımın ötən 1 həftədə 80 min izləməsi olub. Bundan əlavə, yarışlar peyk vasitəsilə dünyanın bir sıra ölkələrinin telekanallarında canlı yayımlanır.
İyunun 4-də 25 metr məsafəyə tapançadan atəş üzrə qadınlar arasında komanda yarışında Ukrayna komandası tailandlıları 17:11 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. Final yarışına Ukraynanın bayrağı rənglərində bantla çıxan tailandlı qızların hərəkəti isə hər kəsi kövrəldib.
"Bakıda Ukraynanın himnini eşitmək hər nə qədər xoş olsa da, mənim üçün bir o qədər ağır idi. Dövlətimin himni çalınanda vətənimdə yaşananlar gözlərimin qarşısına gəlir və qəribə hisslər keçirirəm. Ən böyük arzum qələbə qazanıb himnimizin səslənməsinə nail olmaq idi. Azərbaycan xalqının Ukraynaya verdiyi dəstək bizim üçün çox önəmlidir. Ukraynaya indi çox ağırdır, çox", – deyə ukraynalı Oksana Kovalçuk bildirib.
Bu gün Ukrayna komandası növbəti medalını 50 metr məsafəyə tüfəngdən atəş üzrə qarışıq komanda yarışında qazanıb: hindistanlılara uduzan Ukrayna komandası gümüş medala sahib olub.
Yarışlar davam edir.
Xidmetler [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi