Dünya mətbuatı "Qarabağ"dan yazır - FOTO
Avropa Liqasının 1/8 final mərhələsinin "Qarabağ" – "Bayer" matçının nəticəsi (2:2) qonşu ölkələr Türkiyə və Rusiyanın mediasında da işıqlandırılıb.
KONKRET.az xəbər verir ki, Ağdam klubunun göstərdiyi oyun barədə həmkarlarımız müsbət fikirlər yazıblar.
Türkiyənin tanınmış "NTV Spor" saytı xəbəri "Qarabağ" tarix yazmanın bir addımlığından döndü" başlığı ilə paylaşıb.
"Bein Sports" kanalının saytı isə "Qarabağ" tarixi qələbəni əldən verdi" başlıqlı xəbərində "Bayer"in daha əvvəl Avroliqada 6 oyunun hamısında qalib gəldiyini qeyd edib. Bildirilib ki, Leverkuzen təmsilçisinin həmin yarışda ilk heç-heçəsi Bakıda qeydə alınıb. Xəbərdə "Qarabağ"ın daha əvvəl Avropa Liqasının 1/8 finalına çıxmaqla Azərbaycan futbolunda tarixi nəticəyə imza atdığı da xatırladılıb.
"Ajanssor" xəbərə "Qarabağ" fırtına kimi əsən "Bayer" Leverkuzeni silkələdi, amma yıxa bilmədi" başlığı verib. Xəbərdə "Qarabağ"ın birinci hissəni 2:0 öndə tamamladığı, Xabi Alonsonun ikinci hissədəki əvəzetmələri sayəsində "Bayer"in məğlubiyyətdən xilas olduğu bildiriib.
"TRT Spor"un sosial media səhifəsi isə xəbəri Qurban Qurbanovun şəkli və bu sözlərlə paylaşıb: "Xabi Alonsonun Leverkuzeni bəlkə də ilk dəfə məğlubiyyətə bu qədər yaxın idi. Qurban Qurbanov təqdim edir…"
Rusiyanın championat.com saytının sosial şəbəkə səhifəsi isə yazıb: "Qarabağ" Bundesliqa komandalarına göstərdi ki, amansız "Bayer"ə qarşı necə oynamaq lazımdır. Bəli, qələbəni saxlaya bilmədilər, amma dişlərini göstərdilər. Lunyov və onun komanda yoldaşlarını layiqli nəticəyə görə təbrik edirik!"
"Sport-ekspress" qəzetinin sosial şəbəkə səhifəsi yazıb: "Xabi Alonso mövsümün ilk məğlubiyyətinə çox yaxın idi. Lakin sensasiya baş vermədi – "Bayer" sonda hesabı bərabərləşdirdi. Amma "Qarabağ"lı futbolçular necə döyüşdülər". (qol.az)







Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var