Dünya ŞOKDA: daha bir epidemiya yayıldı
Dünya diqqətini Çindəki "Vuhan" virusuna yönəltmişkən daha bir epidemiya ortaya çıxıb.
Publika.az xəbər verir ki, Kolumbiyada bilinməyən səbəbdən 6 gündə 6 uşaq dünyasını dəyişib.
Kolumbiya Səhiyyə Nazirliyi ölkənin şimal-qərbindəki Çok əyalətinin Baco Baud bölgəsində 60 nəfərin eyni səbəbdən xəstələndiyini açıqlayıb.
Kolumbiya Vounaan Xalq Avtoritariyası Şurasının (Woundeko) qanuni təmsilçisi Orlando Moya yerli qəzetə verdiyi açıqlamada epidemiyanın 10 yaşdan kiçik uşaqlarda qızdırma, qusma və ishala səbəb olduğunu deyib: "Uşaqlar ölür. Sonuncusu dünən günorta həyatla vidalaşdı. Kimsə bunun səbəbini açıqlamır".
Çokun Səhiyyə naziri Tirso Murillo epidemiyanın qaynağının tapılmadığını deyib və təmiz su çatışmazlığından yaranan ishal epidemiyası ola biləcəyi ehtimalını dilə gətirib.
Qeyd edək ki, sosial mediada ABŞ-da da ötən ilin oktyabr ayından səbəbi bilinməyən epidemiyanın yayıldığı, 6 min insanın qrip virusuna bənzər xəstəlikdən dünyasını dəyişdiyi iddiaları yayılıb.
Zümrüd /publika.az

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi