Dünyanın ən gözəl qızının indiki halı — FOTOLAR
Bir vaxtlar "dünyanın ən gözəl qızı" kimi tanınan fransız model Thylane Blondeau illər sonra yenidən diqqət mərkəzinə düşüb. Uşaqlıq yaşlarından dünya şöhrəti qazanan modelin 25 yaşındakı görünüşü sosial mediada böyük maraq doğurub.
Thylane Blondeau hələ 6 yaşında olarkən mavi gözləri və fərqli üz cizgiləri ilə bütün dünyada tanınmışdı. O, cəmi 4 yaşında podiuma çıxaraq moda dünyasına erkən yaşda qədəm qoyub.
İllər ərzində karyerasını davam etdirən Blondeau bir sıra məşhur moda markalarının nümayiş və reklam kampaniyalarında iştirak edib. Hazırda isə model fəaliyyəti ilə yanaşı, öz brendi üzərində də çalışır.
Şəxsi həyatında da yenilik
Thylane Blondeau son aylarda şəxsi həyatı ilə də gündəmə gəlib. O, fransız aktyor və DJ Ben Attal ilə ailə həyatı qurub. Cütlük iyun ayında Parisdə nikah masasına əyləşib, iyul ayında isə Fransanın cənubunda toy mərasimi keçirib.
İllər sonra görünüşü diqqət çəkdi
25 yaşlı modelin sosial media hesabında paylaşdığı son fotosu onun uşaqlıq illərindən bu yana necə dəyişdiyini bir daha ortaya qoyub. Uzun saçları və özünəməxsus üz cizgiləri ilə diqqət çəkən Blondeau-nun uşaqlıqdan dəyişməyən ən xarakterik xüsusiyyəti isə mavi gözləridir.
Bir vaxtlar uşaqlıq fotoları internetdə geniş yayılan Thylane Blondeau-nun indiki görüntüsü həmin illərdəki fotoları ilə müqayisə edildikdə zamanın necə keçdiyini açıq şəkildə göstərir.
///demokrat.az/// / azxeber.com

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar