Dünyanın ən yaşlı olimpiya çempionu vəfat etdi

Dünyanın ən yaşlı olimpiya çempionu vəfat etdiDünyanın ən yaşlı olimpiya çempionu, macarıstanlı Aqneş Keleti 103 yaşında vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə Macarıstan hökuməti məlumat yayıb.
O, 104 yaşına bir həftə qalmış həyatını itirib. Baş nazir Viktor Orban sosial şəbəkələrdə onun xatirəsini yad edib. O, Keletinin olimpiadalarda idman gimnastikası üzrə beş qızıl medal qazandığını və ölkənin ən görkəmli idmançılarından biri olduğunu qeyd edib.
Yəhudi millətindən olan idmançının atası İkinci Dünya müharibəsi dövründə faşist Almaniyası tərəfindən törədilən Holokostun qurbanı olub. Atası Polşanın Osvensim şəhərində həbs düşərgəsində həlak olub. Anası və bacısı xilas edilib, özü isə müharibə zamanı saxta sənədlərlə kəndlərin birində gizlənib.
1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilən Yay Olimpiya Oyunlarından sonra A.Keleti bir neçə idmançı ilə birlikdə Avstraliyadan siyasi sığınacaq istəyib. Daha sonra İsrailə köçüb və orada uzun illər idman gimnastikası üzrə məşqçi işləyib. O, yalnız 2015-ci ildə vətəni Macarıstana qayıdıb.
Qeyd edək ki, A.Keleti 1952 və 1956-cı illərdə keçirilən Olimpiya Oyunlarında çempion titulunu əldə edib. Bundan əlavə, onun aktivində üç gümüş və iki bürünc medal var. İdmançı, həmçinin, 1954-cü ildə dünya çempionu adına da yiyələnib.//Oxu.Az

İdman       Tarix: 03 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Cüdoçumuz dünya üçüncüsü oldu

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında üçüncülük görüşünə çıxıb. xəbər verir ki, o, bürünc medal uğrunda qazaxıstanlı Abilayxan Zubanazar ilə qarşılaşıb. İdmançımız görüşdə ipponla qalib gələrə

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu son xeber son.xeber azerbaycan son xeber bugun