Dünyanın yeni siyasi qütbü: Rusiya-Afrika sammitinin nəticələri

Dünyanın yeni siyasi qütbü: Rusiya-Afrika sammitinin nəticələriXəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində ikinci Rusiya-Afrika sammiti keçirilib. 54 ölkə və 49 nümayəndə heyəti sammitdə iştirak edib.
KONKRET.azyerli KİV-ə istinadən xəbər verir ki, Sankt-Peterburqdan Fars körfəzinə qədər praktiki olaraq hazır olan Şimal-Cənub nəqliyyat dəhlizi Tanzaniyaya qədər uzana bilər.
Orada Rusiyanın neft, qaz və uranın işlənməsi ilə bağlı ən iddialı layihələri var. Namibiyada da belə planlar var. Daha 15 ölkə öz faydalı qazıntılarını, o cümlədən neft, almaz və qiymətli metalları təklif etməyə hazırdır. Konqo Respublikasında isə Rusiya neft kəməri çəkəcək.
Ən azı yeddi Afrika ölkəsinin nüvə energetikası üzrə mütəxəssislərə ehtiyacı var.
Bundan əlavə, Rusiya Sudan, Qvineya və Cənubi Afrikada dəmir yolları çəkməyə hazırdır. Misirdə Rusiya sənaye zonasının tikintisinə başlanır. "AvtoVaz" orada istehsalı bərpa edəcək.
Rusiya həmçinin Liberiya, Mali və Eritreya ilə sıx əməkdaşlığı davam etdirir. BMT çərçivəsində sonuncu iki ölkə Ukrayna ilə bağlı həmişə Moskvanı dəstəkləyib.
"Biz ərzaq müstəqilliyi üçün çalışırıq. Rusiya bizə gübrə və taxılla kömək edə bilər", – deyə Zimbabve Prezidenti Emerson Mnanqaqva bildirib.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, "Yaxın üç-dörd ayda biz Burkina-Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası, Eritreyaya 25-50 min ton taxılı pulsuz verəcəyik".
Qeyd edək ki, Afrika qitəsində dünyada hasil edilməmiş qızılın 40%-i, xrom və platinin 90%-i, qazın 8%-i, neftin 12%-i yerləşir. Almaz, uran və kobaltın ən böyük ehtiyatları buradadır. Dünyada bərpa olunan şirin suyun 10%, əkin sahələrinin isə 65%-i Afrikadadır.
Xatırladaq ki, Afrika ölkələrinin inkişafı əsrlər boyu avropalı müstəmləkəçilər tərəfindən məhdudlaşdırılıb.
"Üsyan etməyən qul rəhm etməyə layiq deyil. Qərbin marionet rejimlərinə qarşı mübarizə aparan afrikalıları qınamağa ehtiyac yoxdur! Vətən ya ölüm! Biz vuruşan, döyüşən xalqlarımıza hörmət etməliyik" – deyə Burkina-Fasonun 35 yaşlı rəhbəri İbrahim Traore bildirib.
İqbal Rzayev,
KONKRET.az

Siyasi       Tarix: 31 iyul 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Dövlət Bayrağı Günü azadlıq və müstəqillik ideallarının simvoludur

"Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir".  . Heydər Əliyev Azərbaycan Xalqının Ümummilli Lideri . Prezident İlha

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Şimali Kipr Türk Respublikasından Azərbaycana təbrik

Şimali Kipr Türk Respublikası (ŞKTR) Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi öz "X" hesabındakı paylaşımda bildirib

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar

Rusiya avropalıların Ukraynada dərhal atəşkəs elan edilməsi ilə bağlı tələbləri ilə razılaşmayacaq, çünki Brüssel sadəcə vaxt qazanmağa çalışır. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavro

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:


son xeberler azerbaycan xeberleri yeni xeberler havanın temperaturu son xeberler bu gun xeberler az valyuta məzənnələri