Dövlət Bayrağı Günü azadlıq və müstəqillik ideallarının simvoludur

Dövlət Bayrağı Günü azadlıq və müstəqillik ideallarının simvoludur"Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir"
 
Heydər Əliyev Azərbaycan Xalqının Ümummilli Lideri 
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı müvafiq Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan xalqı dövlətin rəmzinə hörmət və ehtiramın əlaməti olaraq 9 noyabrı hər il böyük təntənə ilə qarşılayır. 
Dövlət Bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən, milli identikliyin təzahür formalarından biridir. Müqəddəs rəmzlərdən biri hesab edilər bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.
Dövlət Bayrağı Günü üçrəngli bayrağımızın şanlı tarixinin rəmzidir. Azərbaycan Xalq Cümhuriyyətinin bu bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda hökumətin iclasında qəbul edilməklə, Cümhuriyyətin Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. 
Sovet hakimiyyəti dövründə yığışdırılan üçrəngli dövlət bayrağımız 70 il sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib. Ulu Öndər həmin qürurverici tarixi günü xatırlayarkən bildirirdi ki, "biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni bunu biz küçə və meydanda qaldırmadıq, orada bu bayraq qaldırıldı. Amma biz bir dövlət kimi Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır".
Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması vəsatəti 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən qəbul edərək yenidən Dövlət Bayrağı elan etdi. 1991-ci il oktyabrın 18-də isə Ali Sovet "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Dövlət Bayrağını bərpa etdi. Beləliklə, milli istiqlal ideologiyamızın simvolu olan bayrağımız Azərbaycanın bütün ərazilərində dalğalandı.
Ümummilli Lider Heydər Əliyev böyük fəxr və qürur hissi ilə deyirdi ki, özünün milli dövlət bayrağı, milli himni, milli gerbi olan müstəqil Azərbaycan dünya birliyində özünə layiq yer tutub. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır. "Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir". Onun bu dahiyanə fikri Azərbaycan xalqının milli həmrəyliyini, birliyini və vətənə sədaqətini əks etdirən mühüm çağırışdır.
Xalqımız birlik və həmrəylik ruhumuzun rəmzi olan bayrağımıza olan sonsuz sevgini 2020-ci ildə Vətən müharibəsində nümayiş etdirdi, müharibə dövründə hər kəsə müqəddəs bayrağımıza sarıldı. Ali Baş Komandan İlham Əliyev 2020-ci il 44 günlük müharibədə qazanılan Zəfərlə, 2023-cü ilin sentyabrında Xankəndidə erməni separatizminin kökünü əbədi kəsərək üçrəngli bayrağımızı bütün ərazilərimizdə dalğalandırmaqla Azərbaycan xalqına əsil Bayraq Günü qürurunu yaşatdı. Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərə səfərləri həmin torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı.
Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə Bakı şəhərində yaradılan nəhəng Dövlət Bayrağı Meydanı isə bayrağımızın dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. 2010-cu ilin sentyabrın 1-də açılış mərasimi keçirilən Bayraq Meydanında yaradılmış Dövlət Bayrağı Muzeyi isə dövlətçiliyimizin mühüm tarixi dövrləri, xanlıqların tarixini və dövlət bayraqları əyani şəkildə nümayiş etdirir. 2024-cü ildən yeni görkəmdə və tərtibatda fəaliyyətə başlayan Dövlət Bayrağı Muzeyində 44 günlük Vətən müharibəsinə həsr olunan "Zəfər qalereyası" adlı ekspozisiya da nümayiş olunur.
Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın bütün torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın əsasıdır.
Ramid Namazov
Milli Məclisin deputatı / azxeber.com

Siyasi       Tarix: 10 noyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberler şou biznes xəbərləri en son xeberleri xeber az