Əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi

Əbədi və əzəli Azərbaycan-Türkiyə birliyiAzərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "bir millət, iki dövlət" olmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsllərinə əbədi olaraq bir mesaj qoymuşlar: Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.
Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı bu qarşılıqlı münasibətlər bu gün daha da genişlənməkdə və dərinləşməkdədir. 
Fevralın 6-da Türkiyədə baş vermiş dağıdıcı zəlzələdə minlərlə insanın həlak olması, saysız-hesabsız insanın yaralanması, evsiz-eşiksiz qalması bütün azərbaycanlıları sarsıtdı. Bu faciədə də Azərbaycan Türkiyənin yanında olduğunu bir daha əməlində ortaya qoydu. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan insanı qardaş ölkəmizin üzləşdiyi dağıdıcı təbii fəlakətə dərhal öz acısı kimi reaksiya verdi. Belə ki, zəlzələ qurbanlarına dəstək məqsədilə dərhal Azərbaycan dövlətinin və xalqının genişmiqyaslı yardım kampaniyası həyata keçirildi. 
Prezident cənab İlham Əliyevin Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək başsağlığı verməsi, ölkəmizin və xalqımızın qardaş Türkiyənin yanında olmasını ifadə etməsi, eləcə də dövlət qurumları ilə yanaşı, sadə vətəndaşlarımızın da yardım kampaniyasına qoşulması, eyni zamanda dövlətimizin başçısının Türkiyənin Bakıdakı səfirliyini ziyarət etməsi, matəm kitabına ürək sözlərini yazması, Türkiyənin Azərbaycandakı səfiri ilə söhbətində Azərbaycan dövlətinin və xalqının bu çətin gündə qardaş Türkiyənin yanında olması, bütün bunla bir daha əsl qardaşlıq dəstəyinin nümunəsidir. Prezident İlham Əliyevin  "Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik",  sözləri xalqlarımız arasındakı münasibətin ən açıq təzahürüdür. 
Birinci vitse-prezident Mehriban xanım Əliyeva da fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində etdiyi paylaşımda Türkiyədə yaşanan dəhşətli hadisənin ağır nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladığını bildirərək, faciə qurbanlarına Allahdan rəhmət diləyib, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.
Bir sözlə bildirmək istəyirəm ki, dəhşətli faciə hamımızı üzsə də Azərbaycan hər zaman olduğu kimi, zəlzələnin ilk saatlarından qardaş Türkiyənin yanında olduğunu əməli fəaliyyəti ilə təsdiqləyib, öz dəstəyini, öz həmrəyliyini nümayiş etdirib. Bu acı faciənin fəsadlarının tezliklə aradan qaldırılmasını özünün şərəf işi, qardaşlıq borcu adlandırıb. Qürurverici və sevindirici haldır ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq.
Arzu Əliyeva, "El Gücü" Beynəlxalq Humanitar Assosasiyası İctimai Birliyinin Binəqədi rayon nümayəndəliyinin sədri / azxeber.com

Siyasi       Tarix: 14 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az bu gun bu gune olan xeberler son xəbərlər azərbaycanda xeberler bugun 2026