EBRD böyük zəmanət tranzaksiyasını Bank Respublika ilə reallaşdırdı

EBRD böyük zəmanət tranzaksiyasını Bank Respublika ilə reallaşdırdıBank Respublika və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu ilin sentyabrında iki qurum arasında aktivləşdirilmiş Ticarətin Maliyyələşdirilməsi Zəmanəti çərçivəsində ilk əməliyyatı başa çatdırıb.
azxeber.com xəbər verir ki, müqaviləni EBRD-nin prezidenti Odil Renaud-Basso və "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov imzalayıb.
Əməliyyat EBRD-nin Ticarətin Maliyyələşdirilməsi Proqramı (TFP) zəmanəti ilə əhatə olunub və bu zəmanətə əsasən, Bank Respublika və Raiffeisen Bank International Austria, "Azərbaycan İcbari Sığorta Bürosu" ilə Belçikanın "Council of Bureaux" arasında sazişi dəstəkləyiblər.
Əlamətdar sazişi şərh edən EBRD-nin Bakı ofisinin rəhbəri Kamola Mahmudova deyib: "EBRD-nin Ticarətin Maliyyələşdirilməsi Proqramının 5 illik fasilədən sonra Azərbaycana qayıtması və Azərbaycandakı partnyorumuz olan Bank Respublika ilə bu sahədə ilk tranzaksiyanı həyata keçirilməsindən çox şadam. Razılaşma son 10 ilin ən böyük sazişlərindən biridir və çox güclü iqtisadi inkişafdan xəbər verir. İnanırıq ki, bu, yaxın aylarda Azərbaycan biznesini beynəlxalq bazarlara daha da inteqrasiya edən çoxsaylı əməliyyatlardan biri olacaq".
"Bu müqavilənin bağlanması "Bank Respublika"nın Azərbaycanın real sektoruna dəstək strategiyasında növbəti addımdır və müştərilərimizin ixrac-idxal əməliyyatlarının həcminin artırılmasına kömək edəcək. Bankımızın ticarətin maliyyələşdirilməsi sahəsində əsas üstünlükləri çevik əməkdaşlıq şərtləri, hər bir müştərinin ehtiyaclarına və hər bir əməliyyata yüksək ixtisaslı əməkdaşlarımız tərəfindən fərdi yanaşmasıdır. Biz əminik ki, məhz bu amillər müştərilərimizə yüksək səviyyədə xidmət göstərməyimizə, eləcə də EBRD kimi mötəbər təşkilatlar tərəfindən tanınmağımıza kömək edir", - "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
Ticarətin Maliyyələşdirilməsi Proqramı EBRD-nin əhətə etdiyi regionlarında xarici və daxili ticarəti təşviq etmək məqsədi daşıyır, zəmanətlər və ticarətlə bağlı nağd avanslar daxil olmaqla, bu ticarəti asanlaşdırmaq üçün bir sıra məhsullar təklif edir. Proqram yerli bankların ticarətin maliyyələşdirilməsi imkanlarını artırır və bu banklar vasitəsilə sahibkarlara regionlarımızda idxal və ixrac ticarətinə çıxışlarını genişləndirmək üçün lazım olan dəstəyi təmin edir.
Bu il Bank Respublika və EBRD Azərbaycanda olan uğurlu əməkdaşlıqlarının 30 illiyini qeyd edir. Bank Respublika Azərbaycanın aparıcı banklarından biridir və EBRD -nin çoxdankı tərəfdaşıdır. Onun əsas strateji hədəfləri kiçik və orta sahibkarlıq və mikromaliyyədir.
EBRD Azərbaycanda aparıcı institusional investordur və burada təşkilat maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 185 layihəyə 3,6 milyard avrodan çox sərmayə qoyub və bu investisiyaların böyük hissəsi özəl müəssisələrə yönəlib. Bankın ölkədəki strategiyası Azərbaycana iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft özəl sektorunun inkişafına kömək etmək məqsədi daşıyır.

İqtisadiyyat       Tarix: 21 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə


son xeberler yeni xeberler azerbaycan xeberleri gunun xeberleri dunyada son xeberler son xeberler bu gun cebheden xeber