EBRD-nin Qafqaz üzrə nümayəndə heyəti Azərbaycana səfər edəcək
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman və Şərqi Avropa və Qafqaz üzrə icraçı direktor Matteo Patrone yanvarın 16-19-u tarixlərində Cənubi Qafqaz ölkələrinə səfər edəcək. Səfər çərçivəsində bank rəsmiləri əvvəlcə Ermənistanda, sonra Gürcüstan və Azərbaycanda olacaq.
KONKRET.az xəbər verir ki, bu barədə EBRD-nin saytında məlumat verilib.
Bildirilir ki, qarşıdakı səfər ötən ilin sentyabrında EBRD-nin prezidenti Odil Renaud-Basson Qafqaza son turundan sonra baş tutur. Bank rəsmilərinin səfərinin məqsədi həm özəl, həm də dövlət sektorunda qarşıda duran layihələri müzakirə etməkdir. Həmçinin maliyyə dayanıqlığı, siyasi islahatlar və bankın qarşıdan gələn yeni ölkə strategiyalarına hazırlıqla bağlı müzakirələr də gündəmdədir.
Bakıya səfər çərçivəsində Azərbaycanın siyasi rəhbərliyi, həmçinin diplomatik ictimaiyyətin nümayəndələri, beynəlxalq inkişaf tərəfdaşları və biznes müştəriləri ilə görüşlər keçiriləcək. Bundan başqa Azərbaycan Mərkəzi Bankının nümayəndələri ilə görüşün keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, EBRD 1992-ci ildən bəri regionda maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 650-dən çox layihəyə 10 milyard avrodan çox sərmayə qoyub ki, bunun da əksəriyyəti özəl sektorun payına düşür.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür