"Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz" – Deputat

"Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi və həyata keçirdiyi siyasət ölkəmizin Avrasiyada mühüm birləşdirici mərkəzə çevrilməsinə şərait yaradır:
"Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışı təkcə Azərbaycanın mövqeyini açıqlamadı. O, bütövlükdə beynəlxalq münasibətlərdə ədalət və məsuliyyət məsələsini gündəmə gətirdi.
Asiya ilə Avropanın kəsişməsində yerləşən ölkəmiz Avrasiyada getdikcə daha mühüm birləşdirici mərkəzə çevrilir. Nəqliyyat, enerji, iqtisadiyyat və humanitar sahələrdəki əməkdaşlıq regionda təhlükəsizliyi də möhkəmləndirir. Bu siyasət bərabərhüquqluluğa, daxili işlərə qarışmamağa, ərazi bütövlüyünə və suverenliyə hörmətə söykənir.
Çıxışın əsas hissəsi ikili standartlara həsr olundu. Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən bu praktika ilə üzləşib. Ölkə ərazisinin təxminən 20 faizi 30 il işğal altında qaldı, bir milyon azərbaycanlı isə doğma yurdundan qovuldu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə kağız üzərində qaldı. ATƏT-in Minsk qrupu isə nəticə vermədi, çünki onun fəaliyyəti imitasiya xarakteri daşıyırdı".
Deputat qeyd edib ki, beynəlxalq ictimaiyyətin vaxtında və prinsipial mövqe sərgiləməməsi münaqişənin uzanmasına səbəb olub:
"Azərbaycan səbirlə sülh yolu ilə həll axtarırdı. Lakin beynəlxalq ictimaiyyət işğala göz yumdu, qətnamələrin icrasında təkid etmədi. Nəticədə 2020-ci ildə 44 günlük Vətən müharibəsi başladı, 2023-cü ilin sentyabrında isə qısa müddətli antiterror tədbirləri ilə suverenlik tam bərpa olundu. Müharibə Azərbaycanın seçimi olmayıb. Əgər Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, döyüş meydanına ehtiyac qalmazdı".
Onun sözlərinə görə, Azərbaycanın müharibədən sonra sülh təklif etməsi regionda sabitliyin təmin olunmasına yönəlmiş mövqeyin göstəricisidir:
"Qələbədən sonra Azərbaycan məğlub olana zərbə endirmədi və sülh təklif etdi. Bir ildən bir az çoxdur ki, region sülh şəraitində yaşayır. Bu sülh hələ kövrəkdir və onun qorunub möhkəmləndirilməsi vacibdir.
Qətnamələrin icrasını təmin edən real mexanizmlər yaradılmayana qədər münaqişələr davam edəcək, yenilərinin yaranma ehtimalı da qalacaq. Azərbaycanın təcrübəsi bunun ən yaxşı sübutudur.
Eyni zamanda, Azərbaycanın AQEM-ə sədrliyi dövründə atdığı addımlar ölkəmizin yalnız öz hüquqlarını müdafiə etmədiyini, həm də əməkdaşlığa töhfə verdiyini göstərir. Nəqliyyat, rəqəmsallaşma, ətraf mühit, turizm, təhsil və elm sahələrində irəli sürülən təşəbbüslər təşkilatı institusional və hüquqi baxımdan gücləndirib, üzvlərinin sayını artırıb", – deyə deputat vurğulayıb.
Fəridə Əsədzadə

Sosial       Tarix: 16 oktyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yol polisi sürücülərə müraciət etdi

Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu yollard

Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb

Bu gün ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olub, şimşək çaxıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Şahdağ, Kəlbəcər

"Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz" – Deputat

"Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib

Qadın kruiz gəmisindən dənizə düşdü - Bir sutkadan sonra xilas edildi

Yunanıstan sahillərində kruiz gəmisindən dənizə düşən və açıq dənizdə təxminən 24 saat qalan 44 yaşlı Salvador vətəndaşı möcüzəvi şəkildə xilas edilib.  "Bizim.Media"ya istinadən xəbər verir ki, Kathimerini nəşrini

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

Sabah'ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Oktyabrın 13-də "Sabah" futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Bu barədə -a Rəqəmsal İnkişa

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət:. 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar"

Gümüş bahalaşdı, qızıl ucuzlaşdı

Nyu-York birjasında gümüşün qiyməti artıb. xəbər verir ki, COMEX əmtəə birjasında gümüşün unsiya üzrə fyuçersləri isə 0.11% bahalaşaraq 61.11 ABŞ dolları təşkil edib. COMEX-də qızıl fyuçerslərinin dəyəri 0.14% azalaraq 4.21


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber az idman xeberleri novruz bayramı siyaseti xeberler bugun