Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Azərbaycan və Ermənistan sülhün institusionallaşdırılması istiqamətində irəliləməli olduqlarını qəbul edib.
"Armenpress" xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan "Sülh körpüsü" təşəbbüsünün iştirakçıları olan Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Kostanyan Azərbaycan nümayəndə heyətinin üzvlərinin Ermənistanın xarici siyasəti və iki ölkə arasında münasibətlərin normallaşması prosesinin hazırkı dinamikası ilə bağlı suallar ünvanladıqlarını deyib.
"Əsas başlanğıc nöqtəsi ondan ibarətdir ki, Ermənistan və Azərbaycan irəliləməli və sülhü institusionallaşdırmalıdırlar", – nazir müavini vurğulayıb.
O, həmçinin, TRIPP layihəsini müzakirə etdiklərini və bu istiqamətdə son hadisələrlə bağlı məlumatları iştirakçılarla bölüşdüyünü qeyd edib.
Xatırladaq ki, "Sülh körpüsü" təşəbbüsünün beşinci dəyirmi masası noyabrın 26–27-də Ermənistanın Dilican şəhərində keçirilib. Görüşdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin 60-a yaxın nümayəndəsi iştirak edib. / azxeber.com

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü
ABŞ-ın elan edilməmiş informasiya müharibəsi: USAID-in 248 məxfi sənədi nəyi üzə çıxarır?
Ağrı dağının təsviri Ermənistanın gerbindən çıxarılacaq?
Lənkəranda ev yanaraq külə döndü
Dünənki oyunda ölən əcnəbi baş direktor imiş
Yevlaxda avtomobil yük maşını ilə toqquşdu, iki nəfər öldü
Tramp Çindəki görüşdə Putinə nə dediyini ilk dəfə açıqladı
ABŞ-da fövqəladə vəziyyət: məşhur parad təxirə salındı
Milli Qəhrəman Pəncəli Teymurovun qardaşına yeni vəzifə verildi - Foto
AZAL 2025-ci il üzrə illik hesabatını təqdim etdi
Tərtər 'Gənclər paytaxtı', Masallı isə 'İdman paytaxtı' seçilib
9 məşhur sərbəst buraxıldı - biri həbs olundu
Sülh körpüsü' təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək
Özbəkistana vəsiqə ilə gedib istədiyimiz qədər qalacağıq