Ədliyyə Nazirliyinin səlahiyyətləri azaldılır - Bu quruma veriləcək

Ədliyyə Nazirliyinin səlahiyyətləri azaldılır - Bu quruma veriləcəkXəbər verdiyimi kimi, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişikliklər müzakirə olunub.
KONKRET.az xəbər verir ki, qanun layihəsində Ədliyyə Nazirliyinin səlahiyyətlərinin azaldılması öz əksini tapıb.
Belə ki, sözügedən Nazirliyin məhkəmələrlə bağlı bir çox səlahiyyətləri Məhkəmə-Hüquq Şurasına həvalə ediləcək.
Milli Məclisin plenar iclasına tövsiyə edilən layihəyə görə, məhkəmə statistikasının aparılması, məhkəmələrdə kargüzarlığın təşkil edilməsi, hakimlərin əmək və sosial hüquqlarının təmin edilməsi, məhkəmələrdə icra və əmək intizamına riayət edilməsi üçün tədbirlər görmək, birinci və apelyasiya instansiyası məhkəmələrində bu sahələr üzrə işin təşkili vəziyyətini yoxlamaq, həmçinin birinci instansiya məhkəmələrində sədr və sədr müavini vəzifələri vakant olduqda onların vəzifələrinin icrasını müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə həvalə etmək, birinci instansiya məhkəmələrinin hakimlərini onların razılığı ilə digər məhkəməyə ezam etmək, onlara məzuniyyət vermək, həmin məhkəmələrin aparatlarının strukturunu və ştat cədvəlini təsdiq etməklə bağlı hüquqlar Məhkəmə-Hüquq Şurasına aid ediləcək.
Müvafiq icra hakimiyyəti orqanının hakimlər barəsində intizam icraatının başlanılması barədə müraciət etməsi imkanı və hakimlərin həmin orqana ezam edilməsi qanundan çıxarılır. Hakimlərin öz razılığı ilə Məhkəmə-Hüquq Şurasının Aparatına ezam müddəti isə 1 ilədək müddətə azaldılır. Bundan başqa, layihədə Məhkəmə-Hüquq Şurasının hər hansı müraciət olmadan qanunla müəyyən edilmiş hallarda bütün instansiya məhkəmələrinin hakimləri barəsində intizam icraatı başlamaq vəzifəsi qeyd olunur.
Dəyişikliklərin 2024-cü il iyunun 1-dən qüvvəyə minməsi təklif olunur.
Qanun layihənin Milli Məclisin növbəti plenar iclasında müzakirə ediləcəyi gözlənilir.

Siyasi       Tarix: 20 fevral 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber.az son xeberler cəbhədən son məlumatlar metbuat dunya xeberleri