"EduTime"nin təşkilatçılığı ilə Mustafa Aydının seminarı keçirildi - FOTOLAR

Dekabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "EduTime" Təhsil və İnkişaf Mərkəzi, ADPU, AGMA, İslahatçı Gənclər İctimai Birliyi və azxeber.com-un təşkiatçılığı ilə Türkiyənin  tanınmış təhsil adamlarından olan, İstanbul Aydın Universitetinin təsisçisi və Avrasiya Universitetlər Birliyinin sədri Mustafa Aydın "Uğur üçün təhsildə liderlik: İdarəetmənin açarı" mövzusunda seminar keçib.
Seminarda ADPU rəhbərliyi, təhsil ictimaiyyəti və media nümayəndələri ilə yanaşı təhsilin bütün pillərində çalışan 300-dək təhsil işçisi və tələbə iştirak edib.
Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Türkiyə Respublikasının 100 illik yubileylərinə həsr olunan seminar Ulu Öndərin "Bir millət, iki dövlət" konsepsiyasının və Qazi Mustafa Kamal Atatürkün "kədəniz kədərimiz, sevinciniz sevincimizdir" amalının günümüzdə təhsil sahəsində davamının, türk xalqlarının qardaşlığı və hər sahədə əməkdaşlığının daha bir göstəricisidir. 
Prof. C.Cəfərov bildirib ki, Pedaqoji Universitetdə qardaş Türkiyənin, eləcə də digər qabaqcıl ölkələrin tanınmış təhsil adamlarının müasir yanaşmalarla bağlı təcrübələrini öyrənmək istiqamətində silsilə tədbirlər təşkil olunur, dəyişən dünyanın təhsil trendlərinin öyrənilməsi, tədqiqi  və tətbiqi ilə bağlı fəal iş aparılır.
Rektor vurğulayıb ki, Türkiyənin tanınmış təhsil təşkilatçılarından olan Mustafa Aydının seminarı da bu baxımdan xüsusilə əhəmiyyət kəsb edir. 
Daha sonra Mustafa Aydın "Uğur üçün təhsildə liderlik: İdarəetmənin açarı" mövzusunda məruzə ilə çıxış edib. Alim və ictimai xadim xüsusilə vurğulayıb ki, çağdaş dünyada milli təhsil sistemində, şagirdlərin və tələbələrin yetişdirilməsində təməl elmi-texniki bilik və bacarıqlarla yanaşı dəyərlər sisteminin öyrədilməsi, milli kimlik tərbiyəsinin olduqca önəmli rolu var. "Dəyərlər əsasında qurulmayan təhsilin məhsulu olan gənclər digər ideoloji fikirlərin daşıyıcılarına çevirilərək vətəni və xalqına fayda verməkdən asanlıqla yayındırıla bilinər." – deyə M.Aydın qeyd edib.
Mustafa Aydın özünün milli təhsil baxışlarının ikinci əsas elementinin isə yetişdirilən uşaqlarda, gənclərdə öyrədilmiş çarəsizlik" şüurunun aradan qaldırılması olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, uzun illər ərzində gənclərə və ümumilikdə ictimai şüura təlqin olunmuş "siz edə bilməzsiniz", "sən yarada bilməzsən", "sən əziyyət çəkmə, hazır məhsuldan istifadə et" kimi tezislərin dağıdıcı təsirlərini aradan qaldırmaq üçün bu gün gənclərimizə tədris və təlim prosesini "sən bacararsan" təməli üzərinə daşımalı, milli kimlik və tarixi kök, irsə məhəbbət əsasında öz çağdaş baxışımızı yarada biləcəyimiz aşılanmalıdır. Gənclər milli mənsubiyyətindən, adət-ənənələrindın utanmamalı, yeniliyi yad mədəniyyətlərin təqlid olunmasında axtarmamamlıdırlar. Spiker vurğulayıb ki, bu xüsusda müəllim və valideynlərimiz övladlarının xarici dillərdə, ən yaxşı xarici universitetlərdə təhsil almalarını arzulamaqla yanaşı, bu incə tarazlığı daim diqqətdə saxlamalıdırlar.
Seminar iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam etdirilib.
Qeyd edək ki, iştirakçılara beynəlxalq iştirak sertifikatı təqdim olunub.

Sosial       Tarix: 25 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal bugun bu gune olan xeberler havanın temperaturu cəbhədən video