Əgər demokratiya olmasaydı, Erkin Qədirli bu cür açıqlama verə bilməzdi' - Deputat
"Erkin Qədirlinin "bizdə demokratik seçki yoxdur" deməsi tamamilə səhv bir yanaşmadır".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov Erkin Qədirlinin "Azərbaycanda demokratik yolla seçilən deputat yoxdur" fikrinə münasibət bildirərkən deyib.
Vüqar İsgəndərov qeyd edib ki, Erkin Qədirli açıqlaması ilə parlamentin fəaliyyətinə kölgə salmış olub:
"Milli Məclisə seçkilər günü yüz minlərlə insan seçki prosesində iştirak edib və öz namizədinə səs verib. Bu çıxış həmin insanların da hüquqlarını tapdalamaq deməkdir".
Deputat bildirib ki, Erkin Qədirlinin fikirləri həqiqəti əks etdirmir:
"Bu gün parlamentdə kifayət qədər müxalifət partiyası var və onların da hər biri seçki yolu ilə, öz dairələri üzrə seçicilərin səsi ilə Milli Məclisə gəliblər. Erkin Qədirlinin bu cür söz deməsi həqiqəti əks etdirmir. Ümumiyyətlə, bu cür yanaşmaya nə ehtiyac var idi? Yəni bu cavabı verməklə nə düşünüb? Artıq hamıya məlumdur ki, xüsusən də VI çağırış Milli Məclisin demək olar bütün deputatları aktiv formada fəaliyyət göstərirlər. İstər beynəlxalq müstəvidə, istər qanunvericilik sahəsində, istərsə də seçicilərlə iş prosesində".
Vüqar İsgəndərov həmçinin əlavə edib ki, müxalif partiyanın üzvünün bu formada açıqlama verməsi zəhmətin yerə vurulmasına gətirib çıxarır:
"Müxalif partiyanın üzvünün bu formada açıqlama verməsi təkcə seçicilərin yox, elə deputat həmkarlarının da əməyinin, zəhmətinin yerə vurulmasına gətirib çıxarır. Yəqin ki demokratik seçkilər olmasaydı müxalifət partiyasının üzvü olan Ekrin Qədirli bu gün deputat kürsüsündə olmazdı, yaxud da demokratiya olmasaydı, bu cür açıqlama verə bilməzdi. Əgər YAP xalqın inamını doğruldubsa, əksər seçicilər Prezident İlham Əliyevi dəstəkləyirsə, bu sadəcə xalqın iradəsidir. Bu iradəni də saxtakarlıq adlandırmaq, sadəcə absurd bir yanaşmadır. Bir deputatın ifadə edəcəyi söz deyil".
Aydın Nuri
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür