Əhalinin NƏZƏRİNƏ: Noyabrın 7-dən 11-dək
Bayram günlərində Bakıdan Ağstafaya axşam saatlarında, Ağstafadan Bakıya isə səhər saatlarında qatar təyin olunur.
azxeber.com xəbər verir ki, Azərbaycan Dəmir Yollarından (ADY) bildirilib ki, noyabrın 7-dən 11-dək Bakıdan saat 23:55-də yola düşən qatar Ağstafaya saat 06:40-da çatacaq. Noyabrın 8-dən 12-dək Ağstafadan saat 09:00-da yola düşən qatar Bakıya saat 15:50-də çatacaq. Səfərlər oturacaq tipli vaqonlardan ibarət sürət qatarı ilə təşkil olunacaq. Əlavə reyslər üzrə hərəkət edən qatar həmişəki dayanacaqlardan başqa, Ucar stansiyasında da dayanacaq.
Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:46-da Ağstafaya, əks istiqamətdə saat 17:30-da Bakıya yola düşən qatar isə saat 22:35-də mənzil başına çatır. Biletləri ady.az-dan və "ADY Mobile" tətbiqindən əldə etmək mümkündür.
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi