Əhalinin NƏZƏRİNƏ!: Zəhərlənmək istəmirsinizsə... - Bu yerlərdə yoxlamalar BAŞLADI

Əhalinin NƏZƏRİNƏ!: Zəhərlənmək istəmirsinizsə... - Bu yerlərdə yoxlamalar BAŞLADIBu cür antisanitariya şəraitində fəaliyyət göstərən obyektlər lisenziyanı necə alıb və bu müddətdə necə fəaliyyət göstərib?
KONKRET.az xəbər verir ki,Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hazırlanan dönərlərin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi məqsədilə ölkə üzrə 310 müəssisədə monitorinq aparıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən mətbuata verilən məlumata görə, həmin müəssisələrdə sanitar-gigiyenik və sanitar-texniki vəziyyət qiymətləndirilərkən 1 müəssisənin vəziyyəti qənaətbəxş hesab olunub, 309 müəssisədə isə bir sıra nöqsanlar aşkar edilib.
Monitorinq çərçivəsində 209 müəssisə üzrə 220 toyuq əti, 74 mal əti olmaqla, ümumilikdə 294 dönərdən nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. 64 dönər nümunəsində (47 toyuq əti və 17 mal əti) E.Coli bakteriyası, 1 toyuq dönəri nümunəsində L.monocytogenes bakteriyası və 1 mal ətindən dönər nümunəsində toyuq əti DNT-si aşkar edilib. 158 müəssisə üzrə 215 dönər nümunəsində hər hansı uyğunsuzluq aşkar edilməyib.
Məlum məsələdir ki, dönər sağlam qidalar siyahısında deyil. O da faktdır ki, heç kim bu günə kimi "dönər faydalıdır" deməyib. Əksinə, həmişə dönərin faydasız, hətta ziyanlı qida olduğu vurğulanıb. Üstəlik, yararsız at, eşşək, ölmüş heyvan ətlərinin ən çox istifadə edildiyi yer də məhz ucuz, keyfiyyətsiz dönərxanalardır. Necə deyərlər, "gecə qara, cücə qara…"
Amma yoxlama aparılan 310 müəssisədən sadəcə birinin qənaətbəxş hesab edilməsi həddən artıq acınacaqlı mənzərədir. Bu o deməkdir ki, dönərxanaların 99.99 faizində ən azından antisanitariya vəziyyəti hökm sürür. Yəni, işdə, istirahətdə, ümumiyyətlə hər hansı bir yerdə acarkən çoxumuzun ilk olaraq üz tutduğu qida özümüzün də xəbərimiz olmadan bizi zəhərləyir. Elə bunun nəticəsidir ki, vaxtaşırı haradasa dönərdən kütləvi zəhərlənmə xəbərləri ilə üzləşirik.
Və ən maraqlısı odur ki, bu dönərxanalar lisenziya, gigiyenik uyğunluq sertifikatı və s. alaraq fəaliyyətə başlayıblar. Görəsən, bu cür antisanitariya şəraitində fəaliyyət göstərən dönərxanalar lisenziyanı, sertifikatı necə alıblar və bu müddətdə necə fəaliyyət göstəriblər?
İllərdir problemlərdən qurtula bilməyən, xəstəlik yuvasına çevrilmiş dönərxana faciəsini necə aradan qaldırmaq olar? Bu sahəni qaydaya salmağın yolları nədir? Həmçinin istehlakçılar bu problemlə qarşılaşanda (zərər çəkəndə) nə etməlidir?
Mövzu ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, dönərxanalar baş bəlasına çevrilib: "İki il AQTA-da İctimai Şuranın üzvü oldum. Rəhbərlik qarşısında məsələ qaldırdım ki, dönərxanaları standartlara uyğunlaşdırmağın administrativ, inzibati yolu düzgün deyil. Nümunəvi dönərxanaların yaradılmasına kömək edək və təbliğ edək. Digərləri də ona baxsın və vəziyyət yaxşılaşsın. Ancaq təəssüflər olsun ki, mənə heç kim dəstək vermədi.
Bizi bir manata və ya bir manat əlli qəpiyə satılan dönərlər maraqlandırır. Əlbəttə, bundan danışanda bizim yadımıza DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin dəfələrlə regionlardan murdar olmuş at-eşşək ətinin Bakıya daşınmasını ifşa etməsi, cinayət işinin açılması düşür. 27 ildən çoxdur ki, bizim birlik bunu təqib edir, lakin kökünü kəsə bilmirik. Şübhəsiz ki, belə ətlər məhz dönərxanalara gətirilib verilir. Təəssüflər olsun ki, Azərbaycanda heç bir ətin satışı qadağa deyil. İt əti də, pişik əti də satmaq olar. Üstünə də yalandan yaz ki, mal ətidir. Nazirlər kabineti və AQTA qərar qəbul etsin. Çünki dələduzlar bu rahatlıqdan istifadə edib yararlanırlar.
AQTA-nın apardığı iş zəruri olsa da, kafi deyil. İstehlakçılar bizdən soruşur ki, dönərxanadan və başqa yerdən hansı sənədi tələb edək ki, bilək ki, yoxlamadan keçib. Belə bir sənəd, ümumiyyətlə, yoxdur. Dönərxanalar və xammal mənbələri reysterə daxil olur, bununla da iş bitir. Sertifikat anlayışı yoxdur. Ona görə də müəyyən bir sənəd olmalıdır və insanlar buna əsaslanmalıdır. Təsadüfİ deyil ki, ölkədə zəhərlənmələr ümumdünya göstəricisindən 1400 dəfə az göstərir. Hətta zəhərlənmədən ölənlərin sayı da gizlədilir. Hipokrat deyir ki, biz nə yeyiriksə, oyuq. Bəli, biz apteklərdə xəstəlikdən növbəyə duran azərbaycanlıları görürük. Bunda isə qidanın birbaşa rolu var".
Ekspert dedi ki, dönərxanalarda iş aparılarkən təkcə ətin mənbəyinə deyil, oradakı mayonezin saxlanma müddətinə baxmaq lazımdır: "Onların saxlanma müddəti bir saatdan artıq olmamalıdır. Mayonezləri açıq qablarda qoyurlar.
AQTA buna nəzarət edə bilirmi? Dönərxanaları gəzsək, çoxlu sənəd görəcəyik. Amma görək, orada hazırlanan dönərlər standartlarla bağlı sənədə uyğun gəlirmi? Zaqatalada bir gün ərzində 40-dan çox adam zəhərləndi. Elan olundu ki, guya onların hamısı bir dönərxanada zərər görüblər. Xeyir, onlar xammaldan zəhərlənmişdilər. Gedib orada yoxlama aparsaq, görəcəyik ki, həmin xammalı təhvil verən yerə AQTA sertifikat verib. Əgər AQTA bir yerə sertifikat veribsə və reysterə heç bir dövlət qurumu onu təkzib edə bilmir. Qidanın təhlükəsizliyinə sənəd verən orqan başqa olmalıdır. SSRİ zamanında da belə idi. Çünki AQTA hazırda öz işinin öhdəsindən gələ bilmir. Labaratoriyaları və zəhərlənmələrin sayını az göstərməklə fəxr edir. Əslində isə insanlar tədricən zəhərlənmələrin qurbanlarıdır.
Nümunəvi dönərxanalar yaratmaq mümkündür. Bunun üçün müəyyən standartlar var. Orada temperatura, saxlanma qaydasına qədər göstərilib. Nümunəvi dönərxanaların yaradılmasını bazar iqtisadiyyatı yolu ilə həll etmək mümkündür. İşin kökündə isə o dayanır ki, hökumətin istehlakçı siyasəti ilə biznesin inkişafı siyasəti düz gəlmir. Birtərəfli qaydada hökumət biznesin inkişafının tərəfdarıdır. Son 27 il ərzində kimsə mənə bir cümlə göstərə bilərmi ki, ən yuxarı postda əyləşən məmur desin ki, istehlakçıları aldatmaq olmaz. Heç kəs bu sözü demir. Hamı biznesin inkişafından danışır. İstehlakçını necə soyursansa soy, əsas biznesdir. Nə qədər ki, istehlakçıya münasibət dəyişməyib, bu davam edəcək"./"Yeni Müsavat"

Sağlamlıq       Tarix: 22 avqust 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezennesi 2026 siyaseti xeberler bugun en son xeberler bu gun son xəbərlər bugün 2026