Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətləGündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyini müəyyənləşdiriblər.
KONKRET.az xəbər verir ki, ABŞ-nin Pensilvaniya Dövlət Universitetinin alimləri fiziki aktivliyin beyin sağlamlığına necə təsir etdiyini araşdırıblar. "Nature Neuroscience" jurnalında dərc olunan tədqiqat siçanlar və kompüter modelləri üzərində aparılıb.
Məlum olub ki, qarın əzələləri yığıldıqda onurğa beyni və beyinlə əlaqəli qan damarlarına təzyiq artır. Bu proses kəllə daxilində beynin çox kiçik hərəkətinə səbəb olur.
Alimlərin fikrincə, həmin hərəkət beyin-omurilik mayesinin dövranını gücləndirə bilər. Bu maye beyində yaranan maddələr mübadiləsi tullantılarının xaric edilməsində mühüm rol oynayır.
Tədqiqatçılar siçanların beynindəki dəyişiklikləri iki fotonlu mikroskopiya və mikrokompüter tomoqrafiyası vasitəsilə izləyiblər. Qarın boşluğuna nəzarətli təzyiq tətbiq edildikdə belə beynin yerinin dəyişdiyi müşahidə olunub.
Alimlər bu prosesi kompüter modeli ilə də araşdırıblar. Onlar beyni süngərə bənzədiblər: necə ki, süngəri sıxıb su ilə yuduqda içindəki çirk çıxır, beynin hərəkəti də mayenin dövranına və tullantıların xaric edilməsinə kömək edə bilər.
Mütəxəssislər bildirirlər ki, bu mexanizmin insanlarda da eyni şəkildə işlədiyini təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac var. Bununla belə, nəticələr adi fiziki aktivliyin beyin sağlamlığında mühüm rol oynaya biləcəyinə işarə edir.
Beyin-omurilik mayesi yalnız beyni zərbələrdən qorumaqla kifayətlənmir, həm də maddələr mübadiləsinin tullantılarının xaric edilməsində iştirak edir. Onun dövranının pozulmasının Alzheimer və Parkinson xəstəlikləri ilə əlaqəli ola biləcəyi qeyd edilir.

Sağlamlıq       Tarix: 23 avqust 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən görüntülər valyuta mezennesi 2026 bu gunun xeberleri haqqinda melumat