Əhaliyə bəd xəbər: Bu məhsullar BAHALAŞACAQ
Yaz aylarında bəzi məhsulların qiymətində ucuzlaşma və bahalaşma müşahidə olunur. Bu tendensiya xüsusən meyvə və tərəvəzlərdə özünü daha qabarıq göstərir. Buna səbəb nədir? Hazırda bazarda hansı məhsulların qiyməti ucuzlaşmaqdadır?
Musavat.com-un xəbərinə görə, iqtisadçı-ekspert Akif Nəsirli Yenisabah.az-a açıqlamasında qiymətin fəsilə görə dəyişdiyini bildirib:
"Əksər məhsullar nübar məhsullardır. Bol olan kənd təsərrüfatı məhsulları zamanla ucuzlaşacaq. Məsələn, çiyələk ilkin mərhələdə baha olacaq, lakin bollaşdıqca ucuzlaşacaq. Göy-göyərti, soğan, sarımsaq, pomidor, xiyar da bu sıraya daxildir."
Ekspert mövsümi meyvələrin hələ satışa çıxmadığını vurğulayıb:
"Bazarlarda satılan meyvələr keçən ilki məhsullardır. Yeni meyvələr bağlarda yetişmədiyi üçün satışa çıxarılmayıb. Bu səbəbdən də yeni məhsullar satışa çıxarılana qədər bazarda bahalaşma müşahidə ediləcək. Mövsümi meyvələr bazara çıxarıldıqca qiymətlərin aşağı düşməsi gözlənilir. Həmçinin burada məhsulun bol olması da rol oynayır ki, qıtlıq olmadığı təqdirdə mövsümü meyvələrin qiyməti ucuzlaşacaq. Bundan əlavə olaraq süd və süd məhsullarında da qiymət dəyişikliyi gözlənilir".
A.Nəsirli alma, armud, portağal kimi meyvələrin qiymətinin bahalaşacağını da vurğulayıb. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu