Əhaliyə ŞAD XƏBƏR: Pensiyalarda artım bu qədər olacaq

Əhaliyə ŞAD XƏBƏR: Pensiyalarda artım bu qədər olacaqÖlkə başçısı İlham Əliyevin açıqladığı kimi, gələn il Azərbaycanda minimum əməkhaqqı və pensiyalarda artım olacaq. Dövlət sektorunda çalışanların da minimum əməkhaqlarının artırılması proqnozlaşdırılır. Tarif cədvəli ilə əməkhaqqının hesablanmasında büdcə təşkilatlarından maliyyələşən lakin dövlət qulluqçusu olmayan şəxslərin də əməkhaqqında artım olacaq. 2025-ci ilin əvvəlindən etibarən bu sektorda çalışan şəxslərin maaşı artırılacaq.
Bu fikirləri iqtisadçı Rəşad Həsənov deyib.
O qeyd edib ki, artımın 10-15 faiz ətrafında olması proqnozlaşdırılır:
"Eyni zamanda minimum əməkhaqqının 400 manata çatdırılması gözlənilir. Əslində bu göstərici, yəni minimum əməkhaqqı 600-650 manat ətrafında olmalıdır. Hökumətin minimum əməkhaqqını orta aylıq əməkhaqqının 60 faizinə çatdırılmaq hədəfi var".
İqtisadçı hesab edir ki, Azərbaycanda çalışan bir şəxs 2,2 nəfərin ehtiyacını qarşılayır:
"Ehtiyac meyarı göstəricisi nəzərə alınsa, bu indikator hər iki istiqamətdə hesablandıqda minimum əməkhaqqı təxminən 600-650 manata çatdırılmalıdır. Amma hələlik minimum əməkhaqqının 400 manat ətrafında olacağı gözləntisi var".
Ekspertin fikrincə, pensiyalar Əmək Pensiyaları Haqqında qanunun tələbinə uyğun olaraq orta aylıq əməkhaqqının artım tempi səviyyəsində yəni, təxminən 8 faiz ətrafında olacaq:
"Minimum pensiya səviyyəsində isə 10-15 faiz ətrafında artımın olması proqnozlaşdırılır. Sözsüz ki, minimum əməkhaqqının artımı digər sektorlara da təsir edəcək. Özəl sektorda da bu göstəriciyə uyğun olaraq əməkhaqqları artırılmalıdır. Çünki minimum əməkhaqqı göstəricisi dövlət və özəl sektoru əhatə edir. Sosial müavinətlərin isə 10-15 faiz bəzi hallarda isə 20 faiz ətrafında artırılması ehtimal edilir. Dövlət qulluğunda çalışanların da əməkhaqqının 10 faiz civarında atırılması gözlənilir".
///Teleqraf.com / azxeber.com

Sosial     Baxılıb: 494   Tarix: 01 oktyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlahə Abdullayevaya yeni vəzifə verildi

İlahə Qismət qızı Abdullayeva Azərbaycan Bəstəkarlar İttifaqının Katibi vəzifəsinə təyin edilib. xəbər verir ki, İlahə Qismət qızı Abdullayeva 1993-cü ildə Bakı şəhərində anadan olub. 199-cu ildən Bülbül adına Orta İxtisa

Bu gün 55 mindən çox şagird buraxılış imtahanı verib

Bu gün 55 mindən çox şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verib. Dövlət İmtahan Mərkəzindən (DİM) -a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Nəsim

Əlillik üçün müalicə müddəti tələb olunmayan xəstəliklər hansılardır?

Əlillik sahəsində həyata keçirilən islahatlar nəticəsində artıq iki ildir ki, əlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklərin sayı dəfələrlə artırılıb.  bu barədə Əmək və Əhalinin Sosial Müdafiəs

Bu il qızıl bahalaşacaq, yoxsa ucuzlaşacaq? - AÇIQLANDI

Yaxın şərqdə baş verən münaqişə əlvan metal bazarına təsirsiz ötüşməyib. Hazırda dünyada qızılın dəyərdən düşdüyü hiss olunur. Bəs bu tendensiya yerli bazara necə təsir edib?. xəbər verir ki, satıcıların sözlərinə görə, ucuzlaşm

Sabah metroda qatarlar gecikəcək - Araşdırmalar gedir

Bu gün saat 12:10-da "Ulduz–Nərimanov" mənzilində aralıq kabelində baş vermiş qısaqapanma ilə əlaqədar operativ şəkildə həmin mənzilin bütün elektrik qida mənbələri, o cümlədən dartı yarımstansiyasında müvafiq araşdırmala

Avrosu olanlara ŞAD XƏBƏR: 2 manatı keçdi

Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 21-nə olan rəsmi valyuta məzənnələrini elan edib. KONKRET.azAMB-yə istinadən xəbər verir ki, bir ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi dəyişməz olaraq qalıb və 1,700 manat təşki

Keçmiş icra başçısı vəfat etdi - FOTO

Azərbaycanda uzun müddət icra başçısı işləmiş Elman Allahverdiyev vəfat edib.  xəbər verir ki, bu barədə "yeni sabah"a onun yaxınları məlumat verib. E.Allahverdiyev aprelin 26-da 68 yaşında dünyasını dəyişib. 

5 aylıq hamilə qadın öldü - 5 il sonra ana olacaqdı

5 aylıq hamilə olan Astara sakini Bakıda xəstəxanaların birində ölüb. xəbər verir ki, rayonun Rinə kənd sakini olan, Zümrüd Kamran qızı Hacıyeva səhhətində yaranan ağırlaşmaya görə Bakı şəhərinə xəstəxanaların birinə göndərilib

Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu

Xəbər verdiyimiz kimi, Masallıda baş verən qəza nəticəsində 18 yaşlı Məsləhət Cabbarov həyatını itirib. Unikal-a istinadən M. Cabbarovun fotosunu təqdim edir


son xeberler azerbaycan xeberleri yeni xeberler xabarlar maraqlı xəbərlər ən son xəbərlər bugün son xabar