Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq

Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaqAzərbaycanda ət, yumurta və kərə yağının qiymətində müşahidə olunan artım istehlakçıların xərclərini artırmaqla yanaşı, qarşıdakı aylarda bazardakı vəziyyətlə bağlı narahatlıqları da gücləndirir. Yem təminatında yaranan problemlər, otlaq sahələrinin çatışmazlığı, yerli istehsalın zəifləməsi və idxaldan asılılıq qiymətlərə təsir göstərən əsas amillər sırasındadır.
Bəs mövcud vəziyyətin səbəbləri nədir və qış aylarında ərzaq məhsullarının qiyməti daha da yüksələcəkmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, Azərbaycanda strateji kənd təsərrüfatı məhsullarının bahalaşması qarşıdakı aylarda da davam edə bilər.
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq"Qiymət artımının əsas səbəblərindən biri əlverişsiz hava şəraiti nəticəsində yem tədarükündə yaranan çətinliklərdir. Bu vəziyyət həm maldarlıq, həm də quşçuluq təsərrüfatlarının fəaliyyətinə mənfi təsir göstərir. Xüsusilə qış aylarında heyvanların və quşların bəslənməsi üçün tələb olunan yemin kifayət qədər olmaması istehsal xərclərini artırır".
İqtisadçı qeyd edib ki, yem təminatındakı problemlər təsərrüfatların kiçilməsinə və daxili bazara çıxarılan məhsulun azalmasına səbəb ola bilər. Nəticədə təklifin zəifləməsi qiymətlərin yüksəlməsini sürətləndirəcək.
"İqlim dəyişiklikləri son illərdə həm iri və xırdabuynuzlu heyvandarlıq, həm də quşçuluq təsərrüfatları üçün ciddi çətinliklər yaradıb. Bu sahələrdə müşahidə olunan geriləmə və təsərrüfatların sayının azalması daxili bazarın məhsulla təminatına da təsirsiz ötüşmür.
Bahalaşmaya təsir göstərən digər mühüm amil isə otlaq sahələrinin çatışmazlığıdır. Otlaq imkanlarının məhdudluğu heyvandarlığın inkişafına mane olur. Yerli istehsalın daxili tələbatı ödəməkdə çətinlik çəkməsi isə Azərbaycanın xarici bazarlardan asılılığını artırır".
Onun sözlərinə görə, qış aylarında yerli məhsul tədarükünün çətinləşməsi idxaldan asılılığı daha da gücləndirə bilər.  Xaricdən gətirilən məhsulların qiymətindəki artım da daxili bazarda özünü göstərir. Beləliklə, yerli istehsalın zəifliyi və idxal xərclərinin yüksəlməsi istehlak qiymətlərinə əlavə təzyiq yaradır.
İqtisadçı qarşıdakı aylarda bahalaşmanın davam edəcəyini proqnozlaşdırır. O, hesab edir ki, noyabr, dekabr və yanvar aylarında ət, yumurta və kərə yağının qiymətində əlavə artım qeydə alına bilər. Bunun əsas səbəbi qış mövsümündə yem təminatı və məhsul tədarükü ilə bağlı çətinliklərin daha da dərinləşməsi ehtimalıdır.
"Qiymət artımının qarşısını almaq və yerli istehsalı dəstəkləmək üçün hökumət tərəfindən vaxtında tədbirlər görülməli idi. Onun fikrincə, xaricdən idxal olunan yem və baytarlıq məhsullarına tətbiq edilən vergi və rüsumların azaldılması, subsidiyaların artırılması və ayrılan vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarətin gücləndirilməsi kənd təsərrüfatı istehsalçılarına dəstək verə bilərdi".
İqtisadçı əlavə edib ki, kənd təsərrüfatı subyektlərinin fəaliyyətindəki geriləmənin qarşısının alınması daxili bazara məhsul təklifini artırmaqla qiymətlərin müəyyən qədər sabitləşməsinə şərait yaradardı. Lakin onun qənaətinə görə, hökumətin mövcud vəziyyətə uyğun olaraq bu istiqamətdə zəruri addımlar atdığı müşahidə olunmur.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 28 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Mingəçevirdə yol qəzası oldu - Yaralananlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə M.Maqomayev prospektində baş verib. "Hyunday" və "Şevrolet" markalı avtomobillərin toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan sərnişin 2010-c

Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu

Bakı şəhər Xətai rayonu, Əhmədli qəsəbəsindəki kafedə baş vermiş kütləvi dava-dalaşla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilib. DİN-in Mətbuat xidmətindən -a bildirilib ki, insidentdə iştirak edən 9 nəfər poli

Avtobusu sürməkdən imtina edən tiktoker sürücü - İşdən qovuldu

Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etməsi narazılığa səbəb olub. -a istinadən xəbər verir ki, sərnişinlərin sözlərinə görə, sürüc

Bakıda tarixi bina təmir olunacaq - 2,8 milyon ayrıldı

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 4 ünvanında yerləşən 3 mərtəbəli tarixi yaşayış binasının əsaslı təmiri"nin satı

Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR

Hörmüz boğazı və ətraf ərazilərdən keçən sualtı internet kabellərinin sıradan çıxması beynəlxalq məlumat mübadiləsində ciddi problemlər yarada bilər. Belə bir vəziyyət Azərbaycanın internet bağlantısına, bank əməliyyatların

Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Hindistana 524 min 337,96 ton xam neft ixrac edib. report-a istinadla xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 399 milyon 206,99 min ABŞ dolları təşkil edib. İxrac olunmuş məhsulu

Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi

Azərbaycan dili, ingilis dili, rus dili və riyaziyyat fənləri üzrə tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı, informatika, kimya, fizika, biologiya, tarix və coğrafiya fənlərindən isə ali təhsil müəssisələrin

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Azərbaycanda avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 24-ü ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şərait

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb

Cəlilabad rayonunda, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq sahədə baş vermiş yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, yanğın nəticəsində təxminə


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi 2026 apa.az xeberler şou biznes xəbərləri qarabag