"Ekofəalların aksiyası Ermənistana özünü göstərən bir neçə dövlət və təşkilatı narahat etməyə başlayıb" - Deputat

"Artıq dünyanın ikili standartlarla idarə olunması, selektiv yanaşma sərgilənməsi heç kimə sirr deyil. Bir neçə dövlətin maraqları üçün lazım olanda beynəlxalq hüquq o normaları, prinsipləri əlahiddə çalışır və lazım olan məsələ öz həllini tapır. Digər yerlərdə problemlərin mövcud olduğu sahələrdə ədalətsizlik və həmin məsələlərə selektiv yanaşmadan artıq Azərbaycan da əziyyət çəkən ölkələrdən biridir". 
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov BMT Təhlükəsizlik Şurası Xankəndi-Şuşa yolunda yaranmış vəziyyəti müzakirə etməsinə münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, Azərbaycanın diqtə etdiyi geosiyası mənzərə kifayət qədər dövlətlər, qruplar, təşkilatlar var ki, onları narahat edir:
"30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi olmasına baxmayaraq bir çox sammitlərin, böyük təşkilatların, dövlətlərin bəyanatlarına, qərarlarına baxmayaraq, Azərbaycan torpaqlarının işğaldan azad olunması məsələsi öz həllini tapmaqdı. Azərbaycan öz gücü ilə həm ədaləti, həm beynəlxalq hüququ bərpa etdi. Vətən müharibəsindən sonra bölgəmizdə qlobal anlamda baş verən hadisələr, Azərbaycanın diqtə etdiyi geosiyası mənzərə kifayət qədər dövlətlər, qruplar, təşkilatlar var ki, onları narahat edir, qıcıqlandırır. Biz artıq bunu son zamanlar daha açıq-aydın görürük. Torpaqlarımızda baş verən hadisələlər, yeraltı, yersütü sərvətlərimizin talanmasına Azərbaycan ekofəallarının, vətəndaş cəmiyyətinin nümayəndələrinin etiraz etməsi və bununla bağlı aksiya keçirməsi Ermənistana özünü göstərən və "zü tutan" bir neçə dövlət və təşkilatları narahat etməyə başlayıb. Halbuki bu təşkilatlar uzun illərdir ki, Azərbaycanın suveren ərazisində həm hərbi cinayət, həm beynəlxalq mülki cinayət, həm ekoloji cinayət törədən ünsürlərə, şirkətlərə qarşı heç bir sanksiya və heç bir cəza tədbirləri görməyib. Əksinə ekofəalların aksiyasına qarşı hansısa bəyanatlar səsləndirirlər və BMT Təhlükəsizlik Şurasının tələm-tələsik iclasını keçirərək bəyanatın verilməsi dediklərimizə əyani sübutdur".
Deputat deyib ki, ölkəmizə qarşı bu hərəkət ədalətsizlik və qanunsuzluqdur:
"Bu, selektiv yanaşmadır. Bu, ədalətsizlikdir, qanunsuzluqdur. Çünki bütün bu məsələlər Azərbaycanın suveren ərazisində - Qarabağ iqtisadi rayonu ərazisində keçirilir. Ona qarşı talan da oradadır və aksiyaçı da həmin ərazidədir. Düşünürəm ki, bu məsələlər ədalətli həll olunacaq. Yenə də Azərbaycanın iqtisadi gücü Azərbaycanın dünya ölkələri arasında öz çəkisi və nüfuzu, ölkə Prezidentinin uzaqgörən, ağıllı siyasəti qarşımıza çıxan bütün bu maniyələrin dəf edilməsində ölkəmizə böyük dəstək olacaq".
Aydın Nuri

Siyasi       Tarix: 23 dekabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Dövlət Bayrağı Günü azadlıq və müstəqillik ideallarının simvoludur

"Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir".  . Heydər Əliyev Azərbaycan Xalqının Ümummilli Lideri . Prezident İlha

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Şimali Kipr Türk Respublikasından Azərbaycana təbrik

Şimali Kipr Türk Respublikası (ŞKTR) Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi öz "X" hesabındakı paylaşımda bildirib


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbər valyuta mezennesi iqtisadiyyat xeberleri bugun son.xabar