Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
"Mənim də gəncliyim, xüsusilə tələbəlik illərim çox böyük kasıblıqla keçib. Hətta şəhərdən universitetə, dərsə getməyə yol pulum belə olmurdu. Ailəmiz o vaxt çox ağır şəraitdə yaşayıb, yəni bu problemlər mənə yad deyil".
KONKRET.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib.
Onun sözlərinə görə, 1990-cı illərin əvvəlləri Azərbaycan xalqı üçün çox ağır keçib və insanların maddi vəziyyəti kəskin dərəcədə çətin olub:
"O dövrlə indiki zamanı müqayisə etsək, hazırda insanların maaşı az deyil. O vaxtlar ümumiyyətlə iş tapmaq mümkün deyildi. İndi isə 400–500 manata iş təklif edildikdə bəziləri bəyənməyib az olduğunu bildirirlər. Bəs əsas fərq nədədir? Əsas problem xərclərdədir.
Məsələn, o zamanlar bizim elə bir böyük xərcimiz yox idi. Gün ərzində sadə qidalanırdıq, yol puluna qənaət etmək üçün "Əhmədli" metrosundan evimizə qədər 30–40 dəqiqə piyada gedirdim ki, avtobusa pul xərcləməyim. Geyim məsələsində də eyni idi məktəb illərində aldığım bir dəri gödəkçəni 10 il, tələbəlik illərimdə də geyindim. BDU-nun qızdırılmayan soyuq auditoriyalarında o gödəkçədə oturub dərs keçirdik. İndi isə insanlar hər gün paltar, telefon dəyişmək, lazımsız xərclər etmək həvəsindədirlər".
Ekspert qeyd edib ki, hazırda insanlar mütləq xərclərinə diqqət yetirməli və maliyyə ehtiyatı (təhlükəsizlik yastığı) yaratmalıdırlar:
"Mənim birinci tövsiyəm odur ki, hər kəsin maliyyə təhlükəsizlik yastığı olmalıdır. Əsas xərcə fikir vermək lazımdır. Hər hansı bir şeyi alarkən düşünmək lazımdır. Bu mənə həqiqətən lazımdır, yoxsa sadəcə qonşuda, qohumda, reklamda gördüyüm üçün alıram? İnsanlar bu psixologiyanı aradan qaldırsa, kənara pul qala bilər.
O qalan vəsait bəlkə böyük imkanlar yaratmayacaq, amma ən azı gəlirsiz qaldığınız bir neçə ayda sizi idarə edəcək. Bunu təkcə cəmiyyətə deyil, öz ailəmə, övladlarıma da davamlı olaraq tövsiyə edirəm. Çünki həyatda yaxşı günün pis günü də var".
Ə. Həsənov vurğulayıb ki, qarşıdakı dövr üçün ehtiyatlı davranmaq vacibdir:
"Ümumiyyətlə, insanlara tövsiyə edirəm ki, çox ehtiyatlı olsunlar. Azərbaycanı iqtisadi baxımdan qarşıda ağır illər gözləyir və bu proses artıq başlayıb. Kimsə vəziyyətin tezliklə düzələcəyinə ümid etməsin. Buna görə də gəlir və yığım məsələsində bədxərcliyə yol vermək olmaz.
Pulu necə saxlamağa gəlincə, kasıb insanın nə qədər yığım olacaq ki? İmkan daxilində ən azı 6 aylıq xərci qarşılayacaq məbləği milli valyutada saxlamaq lazımdır. Əgər ondan artıq vəsait qalarsa, ehtimal olunan devalvasiya risklərinə qarşı xarici valyutaya çevirmək olar".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır