Eks-deputatdan Ruhi Əliyevaya təklif: Deputatlığa namizədliyinizi verin

Eks-deputatdan Ruhi Əliyevaya təklif: Deputatlığa namizədliyinizi verinEtibar Hüseynov,
Eks-deputat, telejurnalist 
Bəri başdan deyim ki, Ruhi Əliyeva ilə heç bir tanışlığım yoxdur; nə yaxından, nə də ki, uzaqdan. Heç hansısa xeyir-şər məclisində də üz-üzə gəlməmişik.
Sadəcə FB-dəki 5000 dostumdan biridir. Və əksəriyyət kimi fəaliyyətini də sosial şəbəkə və TV üzərindən izləyirəm. Yəni bu qədərində. Vəssalam.
İndi hardasa bir müsahibəsinə rast gəldim. Xanım deyir ki: "Yazırlar ki, guya mən nə edirəmsə deputat olmaq üçün edirəm. O, adamlara deyirəm: rahat olun, deputat olmaq istəmirəm. Heç namizədliyimi də verməyəcəm. İndiyə qədər, və bundan sonra nə etmişəmsə təmənnasız etmisəm". Sitatın sonu.
İndi sual olunur "niyə də, niyə?". Niyə insanları bu qədər qısnayır, tıncıxdırır, iyrəndirirsiz? Bu xanım kimə pislik edib ki? Mən onun istər pandemiya, istərsə də Qarabağ savaşındakı fəaliyyətini görmüşəm. Bir vətənpərvər Azərbaycanlı-Türk xanımı olaraq əlindən gələni edib. (özündən 100 qat imkanlı olanlardan fərqli olaraq).
Ruhi Əliyeva nə edibsə zövqlə edib, peşəkarcasına edib. Görüntü xatirinə etməyib. Ona görə də belə bir xanimin deputat olmasını onun özü deyil, məhz biz istəməliyik. Biz ona təklif və təkid eləməliyik ki, namizədliyini versin. Əslində onun mandat alması onun özündən çox, onun seçicilərinə lazimdir. Adamın zatən heç nəyə ehtiyacı yoxdur.
Mən Milli Məclisin "mətbəxinə" bələd olan birisiyəm. Və ona görə də bu gün tam əminliklə deyə bilərəm ki, Ruhi Əliyeva bir vətəndaş olaraq orada əyləşən əksər xanım (o cümlədən də kişi) deputatlardan daha çox faydalı birisidir. Və onu da əminliklə deyirəm ki, bu gün rəhmətlik Qənirə Paşayevanın yerini qismən də olsa doldura biləcək ən layiqli namizəddir. Ona görə də niyə də olmasın. Bunun üçün də boş verin dedi-qoduları. Verin namizədliyinizi, Ruhi xanım. İnanıram ki, seçiciləriniz sizi dəstəkləyəcək. Uğurlar sizə. / azxeber.com

Sosial       Tarix: 27 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


azerbaycan xeberleri yeni xeberler son xeberler sosial yardim bugünki xəbərlər bu gune olan xeberler cəbhədən görüntüleri