Ekspert: "Güzəştli mənzil almaq istəyənlər üçün mexanizm dəyişməlidir"

Ekspert: "Hadisələr o qədər sürətlə baş verir ki, iqtisadi və siyasi trendlər elə tez-tez dəyişir ki, hər birinə münasibət bildirmək üçün zaman ayırmaq mümkün deyil. Amma elə hadisələr olur ki, bu hadisəyə rəsmi və ya qeyri-rəsmi səviyyədə bildirilən münasibətlərin heç biri (sosial şəbəkələrdə belə) qaneedici olmur. Bu zaman belə aktual məsələlərə münasibət bildirməmək olmur.
Məsələn, MİDA-nın "Güzəştli mənzil" satışı".
KONKRET.azxəbər verir ki, bunu sosial media hesabında  iqtisadçı-ekspert Eldəniz Əmirov yazıb.
"Bu məsələdə mən əsas problemi nə MİDA-nın fəaliyyətində, nə sistemin çökməsində, nə də hansısa kiber müdaxilədə görmürəm. Hər nə etsələr də belə problemlər olacaq.
Ona görə ki, ən böyük yanlışlıq güzəştli mənzilləri əldə etmək üçün tətbiq edilən mexanizmdədir.
Baxın, adını "güzəştli" qoyub, amma qazanmaq şansını kimlərə veririk? Yüksək İT bacarığı olan, kompüterlə cəld işləməyi bacaran, yüksək internet sürəti olan və s. insanlara.
Bunun harası güzəşt fəlsəfəsinə uyğundur?! Burda bacarıq fəlsəfəsi hökmranlıq edir.
Bəlkə birinin əqli cəhətdən zəifdir, bəlkə birinin olduğu ərazidə internetin başına oyun açırlar, bəlkə birinin "mışka" tutan əllərində qüsur var, bəlkə seçim olan günü Azərişığın ürəyi istədi birinin məhəlləsində işığı söndürdü? Olmaz!
"Güzəştli mənzil" kimi gözəl ideyanı sonda gətirib fiziki və zehni bacarığa bağlamaq olmaz!
Gözəl "Güzəşt" konsepsiyasını sonda hiyləgər "Şans oyunu"na çevirmək olmaz!
Mexanizm dəyişməlidir. Güzəştli mənzilə haqqı çatan insanlar arasından daha çox haqq edənlərin seçilməsi üçün daha təkmil mexanizm müəyyən edilməlidir".
KONKRET.az

Sosial       Tarix: 24 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


yeni xeberler azerbaycan xeberleri son xeberler son xabarlar valyuta məzənnələri futbol xeberleri xeberler bugun