Ekspertdən anons: Yanvardan AZAL-ın bilet qiymətlərində ucuzlaşma olacaq

Ekspertdən anons: Yanvardan AZAL-ın bilet qiymətlərində ucuzlaşma olacaq"AZAL özünü "premium class" aviaşirkət kimi bazara təqdim edir və lou-kost şirkət deyil".
KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
Analitik AZAL-ın rəhbərliyinin dəyişməsindən sonra ölkənin ən prestijli aviakonserninin yeni qiymət siyasətindən danışıb.
N. Cəfərli söyləyib ki, eyni istiqamətlər üzrə lou-kost şirkətlərdə biletin ucuz olması təbii ki, Azərbaycan əhalisində müəyyən suallar yaradır:
"Lakin AZAL-ın biletlərinə həm yemək, həm baqaj, həm də kreslo seçimi daxildir. Çünki lou-kost şirkətlərdən fərqli olaraq AZAL-da kreslo seçimi də mövcuddur. Ona görə də burada qiymət fərqinin olması mümkündür və o qədər də təəccüblü deyil.
Təəccüblü olan odur ki, AZAL-ın ləğv etdiyi lou-koster şirkəti var idi – "Buta Airways". AZAL "Buta Airways"i inkişaf etdirib daha ucuz qiymətlərlə uçuşları təşkil etməkdənsə, nədənsə oktyabrın 1-də onu özünə birləşdirdi və "Buta Airways" ləğv oldu. Bu da bütün biletlərin daha çox "premium class" qiymətlərinə uyğunlaşdırılması siyasəti ilə əlaqələndirilir".
Mütəxəssis qeyd edib ki, AZAL "Buta Airways"i ləğv etmək yerinə onu inkişaf etdirməklə lou-koster şirkətlərlə rəqabət aparıb qiymətlərdə ucuzlaşmaya gedə bilərdi:
"Amma kampaniyaların olması tək 1-2 günlük deyil, əksinə, yanvar-fevral aylarına da kampaniyalar var və əvvəlki illərə nisbətən 30-40% ucuzlaşma mövcuddur. Lakin bu, təbii ki, yetərli deyil. Quru sərhədlərinin bağlı olmasını nəzərə alaraq vətəndaşlar təyyarə biletlərinə ehtiyac duyduqları üçün daha ucuza uçmaq istəyirlər".
Müsahibimiz əlavə edib ki, əslində, AZAL-da qiymətləri rəqabətli hala gətirməyin yollarından biri də quru sərhədlərinin açılmasıdır:
"Çünki bu, istər-istəməz bir çox istiqamət üzrə sərnişin axınını cəlb etmək üçün AZAL-ı qiymətlərdə endirimlər etməyə sövq edəcək. İndiki şəraitdə bir çox istiqamətlər üzrə alternativlər yoxdur deyə quru sərhədlərinin bağlı olması AZAL-ın qiymət siyasətinə də təsir göstərir.
Ümid edirəm ki, yanvardan bu məsələ öz həllini tapacaq. O zaman AZAL-ın qiymətlərində də müəyyən dəyişikliklər olacaq. Mən AZAL-ın yeni rəhbərliyi ilə ay yarım bundan öncə görüşmüşdüm və yeni konsepsiya hazırlandığını görmüşəm. Hansı ki, özləri bunu təqdim etdilər və çox maraqlı təqdimat oldu. Bu gün AZAL-da izafi xərcləri azaltmaq lazımdır. Ona görə ki, AZAL-ın bilet problemindəki əsas məsələ xərc hissəsindədir və xərclər çox yüksəkdir. Yeni rəhbərlik xərclərin 15% azalacağı ilə bağlı məlumat verib".
İqtisadçının qənaətinə görə, dövlət şirkətlərinin ən böyük bəlası izafi xərclərdir:
"Əgər əlavə xərcləri azaltmaq mümkün olsa, bu, qiymətlərə də təsir göstərəcək və biz qiymətlərin ucuzlaşmasının şahidi ola bilərik. Amma, istənilən halda, biz uçuş qiymətlərini qonşu ölkələrlə müqayisə edirik. Görünən odur ki, qonşu ölkələr də, xüsusilə də Gürcüstanda bilet qiymətləri istiqamətlər üzrə Azərbaycandan daha ucuzdur ki, bu da müəyyən suallar yaradır. Əgər söhbət maya dəyərindən gedirsə, aviakerosin bütün şirkətlər üçün eyni qiymətə satılır. Uçuşların maya dəyərini təşkil edən əsas amillərdən biri də aviakerosindir. Buna görə də suallar yaranır ki, nəyə görə Azərbaycana nisbətən Gürcüstandan Avropaya daha ucuz biletlərin alınması mümkündür?"
Həmsöhbətimiz diqqətə çatdırıb ki, bu sualların aradan qalxması üçün AZAL müəyyən işlər görür, amma bu, yetərli deyil:
"Çünki həm kampaniyaların aparılması, həm də xərclərin azaldılması yolunda ciddi addımlara ehtiyac var. Onsuz da Gürcüstandan xaricə uçanlarda azalma var. Əvvəllər quru sərhədlər açıq olanda Gürcüstan tərəfinin özünün məlumatı var idi ki, Gürcüstandan xarici uçan hər 5 nəfərdən biri Azərbaycan vətəndaşıdır. Yəni xaricə uçanların 20%-ini Azərbaycan vətəndaşları təşkil edirdi. İndi quru sərhədlər bağlıdır deyə, Gürcüstandan uçuşlar yox dərəcəsindədir. Lakin sərhədlər açılsa, bu, artıq rəqabətə səbəb olacaq və belə olan halda AZAL qiymətlərinə çəki-düzən verməli olacaq".

Sosial       Tarix: 05 dekabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bəyim Bayramova VƏFAT ETDİ

Şəmkir şəhəri Əhməd Cavad adına tam orta məktəbin keçmiş direktoru Bayramova Bəyim Vəli qızı 80 yaşında dünyasını dəyişib. . xəbər verir ki, bu barədə məktəbin paylaşdığı məlumatda deyilir. . Bəyim Bayramova məktəbdə 1969–200-c

Paytaxtda tıxacları azaldacaq nəhəng layihə: Yeni prospekt inşa edilir

Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun gələcəkdə 8 Noyabr prospekti ilə birləşdirilməsi nəzərdə tutulur. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Qey

Bakıda stadionda 11 yaşlı uşağın başına iş gəldi - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində uşağın köməyə ehtiyacı olması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb

Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA

Saat 22:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, Naftalan, Şəki, Balakən, Oğuz

AMB rəsmi məzənnələri açıqladı: Avro bahalaşdı, Rusiya rublu ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı iyunun 17-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avro əvvəlki günlə müqayisədə bahalaşaraq 1,9741 manat

Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə

2026/2027-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentləri

DİQQƏT: Dollar zəifləyir, bəs manatı nələr gözləyir?

Hörmüz boğazında gərginliyin azalması və dəniz marşrutunun tam fəaliyyətə başlaması dünya enerji bazarlarında qiymətlərin aşağı düşəcəyi ilə bağlı gözləntiləri artırıb. Bu vəziyyətin ABŞ dollarının məzənnəsinə və Azərbaycand

Space' TV-də yüksək vəzifəyə təyinat

"Space" televiziyasına yeni bədii rəhbər təyin olunub. -a istinadən xəbər verir ki, bununla bağlı telekanalın baş direktoru Ayaz Mustafayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nicat Qafuroğlu (Mustafayev) "Space"i

Küvəzdə qalan körpələr 'dahi' olmur - Həkim həqiqəti açıqladı

Küvəzdə qalan uşaqların gələcəkdə dahi olması və ya cinsi problemlər yaşaması ilə bağlı cəmiyyətdə müxtəlif iddialar mövcuddur. Tibb mütəxəssisləri inkubator mühitinin gələcək zehni qabiliyyətlərə və ya bioloji reprodukti


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən şad xəbər xeberler azerbaycan butun xeberler cəbhədən canlı