Elarizin kürəkəninin məhkəməsi keçirildi: 'Deyirdi ki, 11 milyon dolları var

Elarizin kürəkəninin məhkəməsi keçirildi: 'Deyirdi ki, 11 milyon dolları varValyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
azxeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə cinayət işində zərərçəkən Zeynal Usubov ifadə verib.
O bildirib ki, Nizami Alışanla 2022-ci ildə tanış olub və həmin ilin may ayında ona 400 min dollar pul verib.
"2023-cü ilin yanvar ayında da ona 545 min dollar pul vermişəm. Məni Nizami Alışana bir tanışım yönləndirib. Onun vasitəsi ilə Nizamiyə pul vermişəm. Verdiyim pulun müqabilində mənə qazanc verməli idi. Bir müddət qazanc verdi, sonra yoxa çıxdı. Əvvəl 30 min, sonra 3-4 ay 7-8 min dollar pul verdi. Deyirdi ki, məndən başqa digərlərinin də onda pulu olub. 3-4 ay qazanc verəndən sonra dedi ki, problemlərim var, əlavə 100 min dollar pul verəcəyini vəd verdi, əlavə pulun lazım olmadığını bildirərək mənim pulumu qaytarmasını istədim".
Təqsirləndirilən şəxs zərərçəkənin ifadəsini təsdiq etməyib.
Daha sonra zərərçəkənin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O, həmin ifadəsində deyib ki, Nizami Alışanı "facebook" sosial şəbəkəsindən tanıyıb.
"Daha sonra onunla görüşərək "İnvestAz" platformasına yatırmaq üçün pul verdim. Mənə aylıq 6-8 min dollar qazanc verməli idi. 2023-cü ilin yanvar ayında da 950 min dollar pul verdim. Bunun müqabilində də mənə aylıq qazanc verməli idi, lakin hər dəfə pulu istəyəndə bir bəhanə deyirdi. Nizami Alışan mənim ümumilikdə 1 milyon 350 min dollar pulumu aldadaraq ələ keçirib".
Hakim zərərçəkənə hansı əsaslarla təqsirləndirilən şəxsə inandığı barədə sual verərək bildirib ki, həmin pulu banka qoyaraq daha çox qazanc götürə bilərdi.
Zərərçəkən Zeynal Usubov deyib ki, yerli bankların qoyulan pul müqabilində verilən qazanc onu qane etmir:
"Nizami Alışan müxtəlif platformalardan şəkillər göstərərək hesabında 11 milyon dollar pul olduğunu deyirdi. O, məni belə vasitələrlə inandırmışdı".
Məhkəmənin növbəti iclası fevralın 27-nə təyin olunub.
Qeyd edək ki, cinayət işi üzrə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov zərərçəkən kimi tanınıblar.
İttihama görə, təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.
Zərərçəkənlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.
Nizami Alışan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir.
O, Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkəni, AzTV-nin keçmiş sədri Arif Alışanovun isə qardaşı oğludur.
Təqsirləndirilən şəxsin mərhum atası polkovnik Akif Alışanov Sumqayıt Mühafizə İdarəsinin rəisi, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.

Şou Biznes       Tarix: 11 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

İlyas Yalçıntaş sərbəst buraxıldı

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində iyul ayında həbs edilən müğənni İlyas Yalçıntaş ilk məhkəmə iclasında azadlığa buraxılıb. -a istinadən xəbər verir ki, Ağır Cinayətlər Məhkəməsində keçirilə

Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi

Müğənni Nərmin Kərimbəyova "Zəfər Günü"nə yeni layihə hazırlayıb. xəbər verir ki, sənətçi, bu dəfə "Atabarı" adlı türk xalq mahnısına müraciət edib. Sözü gedən nəğmə, türk dünyasının sevilən xalq mahnıs

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib

Türkiyənin tanınmış müğənnisi Sertab Erener BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) üçün "One Home" ("Bir yuva") adlı xüsusi mahnı hazırlayıb

Özündən 24 yaş kiçik həyat yoldaşından boşandı

Müğənni Berdan Mardini ötən ilin aprelində evləndiyi həyat yoldaşı Dilara Talaydan boşanıb. Cütlük bu gün qatıldığı məhkəmə prosesində səssiz-sədasız həyat yollarını ayırıb. Qeyd edək ki, Berdan Mardini ilə həyat yoldaş

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra


yeni xeberler azerbaycan xeberleri son xeberler bugun xeberler qarabag xabarlar son xabar