Mədəniyyət naziri Adil Kərimli TÜRKSOY Daimi Şurasının 43-cü iclasında iştirak edib

Mədəniyyət naziri Adil Kərimli TÜRKSOY Daimi Şurasının 43-cü iclasında iştirak edib"Türk Dünyasının 2026-cı il Mədəniyyət Paytaxtı" Əndican şəhərində (Özbəkistan) Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mədəniyyət Nazirləri Daimi Şurasının 43-cü iclası keçirilib.
Mədəniyyət Nazirliyindən azxeber.com-a verilən məlumata görə, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası mədəniyyət naziri Adil Kərimli, Türkmənistan mədəniyyət naziri Qurbanmırat Mıradalıyev, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, Qırğız Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Askaralı Madaminov, Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclər və Ailə Məsələləri Komitəsinin sədri Kayrat Kambarov, TÜRKSOY-un baş katibi Sultan Raev, Əndican vilayətinin hakimi Şöhrətbek Abdurahmanov, Kayseri Böyükşəhər Bələdiyyəsinin sədri Memduh Büyükkılıç və üzv dövlətlərin nümayəndə heyətləri iştirak ediblər.
İclasda TÜRKSOY-un hesabat dövründəki fəaliyyəti, təşkilatın institusional inkişafı, Türk dünyasında mədəni əməkdaşlığın genişləndirilməsi və qarşıdakı dövr üçün nəzərdə tutulan birgə təşəbbüslər müzakirə olunub.
İclasda çıxış edən mədəniyyət naziri Adil Kərimli çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən tapşırıqlarına uyğun olaraq, ölkəmizin TÜRKSOY-la sıx əməkdaşlıq etdiyini və təşkilatın layihə və proqramlarında tərəfdaşlığına toxunub.
Hesabat dövründə həyata keçirilmiş uğurlu birgə təşəbbüslər sırasında Türk Dünyası Kitabxanalar Birliyinin Bakıda təsis edilməsi, Vaqif Poeziya Günləri çərçivəsində Şuşa şəhərində II Türk Dünyası Gənc Şairlər Festivalı, Şuşa və Xankəndidə təşkil edilmiş Türk Dünyası Qadın Rəssamları Sərgisi və ən əsası Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə keçirilmiş "Türk Dünyası Həftəsi" barədə məlumat verdi.
Nazir, həmçinin TÜRKSOY-un ortaq mədəni irsimizin qorunması və beynəlxalq miqyasda tanıdılmasındakı rolundan danışaraq, təşkilatın institusional potensialının gücləndirilməsinin və türk əməkdaşlıq təşkilatları ilə fəaliyyətin əlaqələndirilməsinin əhəmiyyətini vurğulayıb.
İclas çərçivəsində təşkilatın illik hesabatları, maliyyə məsələləri və 2027-ci il üzrə fəaliyyət istiqamətləri nəzərdən keçirilib.
İclasın yekununda imzalanmış Yekun Bəyanatla Kayseri şəhəri (Türkiyə) 2027, Talas şəhərinin (Qırğız Respublikası) isə 2028-ci il üçün "Türk Dünyasının Mədəniyyət Paytaxtı", 2027-ci ilin "Çolpan ili", 2028-ci ilin isə "Çingiz Aytmatov ili" elan edilməsi qərara alınmışdır.
Mədəniyyət naziri Adil Kərimli TÜRKSOY Daimi Şurasının 43-cü iclasında iştirak edibMədəniyyət naziri Adil Kərimli TÜRKSOY Daimi Şurasının 43-cü iclasında iştirak edibMədəniyyət naziri Adil Kərimli TÜRKSOY Daimi Şurasının 43-cü iclasında iştirak edibMədəniyyət naziri Adil Kərimli TÜRKSOY Daimi Şurasının 43-cü iclasında iştirak edib

Şou Biznes       Tarix: 29 noyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Şokdayam, az əvvəl ad günündə idim

ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman ötən gün avtomobil qəzasında dünyasını dəyişib. Aparıcı ötən gün məkanlardan birində ad gününü qeyd edib. Məclisdə iştirak edənlər arasında aparıcı Şəhriyar Əbilov da olub. O, Ad

Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi

Xalq artisti Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" adlı yeni mahnısını və ona çəkilən klipi təqdim edib. xəbər verir ki, bəstənin musiqisi Aytən Əliyevaya, sözləri Ceyhun Məmmədova məxsusdur. Mahnının aranjiman

Teatrdakı işindən ayrıldı: "Qaldım evin küncündə

Xalq artisti Valeh Kərimov Sumqayıt Dövlət Dram Teatrındakı işindən ayrılıb. Aktyor bu barədə "Bir gün" verilişində açıqlama verib. O bildirib ki, teatrda müqavilə əsasında işləyib:. "Orada bir tamaşaya çağırmışdılar

Zaur Rzayev harada dəfn olunacaq?

"Xalq artisti Zaur Rzayevlə vida mərasiminin harada keçirilməsi ailəsinin verəcəyi qərara bağlıdır. Bu barədə -a Mədəniyyət Nazirliyindən məlumat verilib. Zaur Rzayevin ailəsi ilə əlaqə saxlamaq isə mümkün olmayıb. Xanəndəni

Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb

Türkiyədə tanınmış şəxslərə qarşı aparılan narkotik istintaqı çərçivəsində yeni əməliyyat dalğası başlayıb. APA-ya istinadən xəbər verir ki, istintaq çərçivəsində 35 nəfər barəsində saxlanılma qərarı verilib. Saxlanılanla

9 məşhur sərbəst buraxıldı - biri həbs olundu

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan 9 məşhur məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. İstintaq çərçivəsində sərbəst buraxılanlar arasında Özcan Dəniz, Dəniz Çakır, Burcu Özbər

Mayk Lav vəfat etdi

"Surfin" USA" və "California Girls" kimi klassik mahnıların həmmüəllifi və əsas ifaçısı, səhnədə uzun illər qrupun solisti olmuş "Beach Boys" qrupunun qurucularından Mayk Lav 85 yaşınd

Xərçəngdən əziyyət çəkən fenomen əməliyyat zamanı öldü

Qırğızıstanlı yumor ustası və sosial şəbəkə fenomeni Eldos Almazov 29 yaşında dünyasını dəyişib. Komediya ustasının ürəyi əməliyyat zamanı dayanıb. Qeyd edək ki, bu ilin aprelində Eldos Almazova sümük toxumasının bədxassəl

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi - FOTOLAR

25 noyabr tarixində tanınmış müğənni Kəmalə Qaramollayevanın Heydər Əliyev Sarayında baş tutan konsert proqramı musiqisevərlərə unudulmaz sənət axşamı yaşadıb. Zəngin repertuarı, rəngarəng musiqi nömrələri və xüsusi səhn


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun 2026 azerbaycan kriminal bugun valyuta mezennesi banklar bugunun xeberleri